Seçilmiş Əsərləri

Cengiz Aytmatov
9/10
14 Kişi
53
Okunma
10
Beğeni
1.960
Görüntülenme
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə mövzu “böyük mövzu” – insan mövzusu var. Seçilmiş əsərlərinin bircildliyinə böyük yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir.
760 sayfa
Reklam

Yorumlar ve İncelemeler

208 syf.
7/10 puan verdi
·
10 günde okudu
Bir insan üçün ən çətin şey insan olaraq qalmaqdır. Bu cumlə Ç.Aytmatovun vəsiyyətinə əsasən onun məzarında qeyd olunub. Qırğız ədəbiyyatının ruhu Nobel mukatı alan görkəmli yazıçı Çingiz Aytmatovun əsərləri 170 dən çox xarici dilə tərcumə olunmuşdur. Ədibin əsərlərinin dili olduqca sadə və anlaşılandır. Movzu baxımından isə dərin düşündürücü məna kəsb edir. Bu kitabda 10 hekayə yer alıb.Kitaba daxil olan hekayələr "Baydamtal çayında", "Oğulla görüş", "Köçəri quşların göz yaşları", "Balaca əsgər", "Ağ yağış", "Dəhnəçi", "Qırmızı alma", "Buynuzlu ana maral", "Manqurt əfsanəsi", "Öldürək-öldürməyək". Əsərlərində Qırğız mədəniyyəti ,milli ideyalar, sadə insanların həyatı , sovet hakimiyyətinin zülmləri insanlara milli kimliyini unutdurma cəhdləri və başqa məsələlərə toxunmuşdur.
Hekayələr
HekayələrCengiz Aytmatov · Altun kitab · 201453 okunma
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.