Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İslam Seferli

İslam SeferliSeçilmiş əsərləri yazarı
Yazar
0.0/10
0 Kişi
2
Okunma
2
Beğeni
534
Görüntülenme

İslam Seferli Sözleri ve Alıntıları

İslam Seferli sözleri ve alıntılarını, İslam Seferli kitap alıntılarını, İslam Seferli en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İNSAN NƏFƏSİ
Sonsuz fəzalara şahin şığıdı, Gördü ki, yer ondan çox aşağıdı. Dolandı neçə yol ərzin belinə, Ülkər sağ əlini çəkdi telinə. O duydu, ulduzlu göylərdə də tək, Yalqızlıq içində sıxılır ürək. Səhər bir "şahin"də qalxdı yanına, Xəfif bir istilik keçdi canına. Düz üç gün, üç gecə beləcə onlar, Dünyanın başına bir dolandılar. İnsan nəfəsinin gücünə bir bax, Göydə də insanı insan isidir...
Sayfa 102
BULUD GÖYDƏN LAL KEÇƏR
Bulud göydən lal keçər, Başdan min xəyal keçər. Hicran yaxın gələndə Könüldən vüsal keçər. Ülkər gözlü şux nigar, Sənə bircə sözüm var; - Göydən ulduz axanda, Alışaydım yaxanda. Ömür axar bir sudur, Sevgi şirin duyğudur. İnsanları yaşadan Saf əməl, saf arzudur.
Sayfa 143
Reklam
Sənsiz dağ döşünə çıxdım bu səhər, Ötdü qumru kimi gur şəlalələr. De, niyə yalqızsan, sordu lalələr, Qövr etdi niskilim, yadıma düşdün, Nazəndə sevgilim, yadıma düşdün.
Sayfa 147Kitabı okudu
O, bir qaranquş kimi Qəlbimdə yuva qurdu. Acı dilim qurusun, Dilim onu uçurtdu.
Sayfa 132Kitabı okudu
Qayıdıb xoş güzərdən, Günəş qalxır Xəzərdən. Sevgilim keçən yerdən Bütün şəhər yeriyir. Bakı, sabahın xeyir.
Sayfa 130Kitabı okudu
Uşaqlığımdakı 8 martı xatırlatdı
Əziz ana, can ana, Gözəl, mehriban ana! Böyütdükcə bizi səb Dən düşür saçlarına Ömrün bənzər Gülüstana Canım ana, Gözüm ana!
Sayfa 158Kitabı okudu