Mahmud Əsəd Bəy'in "Məlumat" qəzetində yazdığı silsilə məqalələrinə Fatma Aliyə Xanım'ın verdiyi cavabdan ibarət bir əsər. Osmanlıca qələmə alınan bu yazılar dilə çox xoş gəlir. Oxunması adama zövq verir. Anlaşılması üçün kitabın sonunda osmanlıca lüğət də verilib.
Əsəd bəyin yazılarına Fatma xanım bəzi yerlərdə etiraz edir. Ancaq etirazlarında heç bir zaman həddi aşmır. Əsəd bəyi özünə ustad görür. Bu cür çox incə bir mövzuya (çoxarvadlılıq) toxunduğu üçün ona öz təşəkkürlərini bildirir.
Kitab həm də müzakirə necə aparılmalıdır, nələrə riayət edilməlidir onu göstərir. Bir məsələdə məğlub olduqda rəqibin şəxsi mənfi cəhətlərini qabartmamağı tövsiyyə edir. "Hem ne demek? Bize ait bir bahis ile meşgul olup dururken onu terk ederek hasmın fenalığını tadada kalkışmak eser-i zaaf ve mağlubiyet değil midir!"
Mövzu olaraq isə avropa və İslam diyarlarında təkarvadlılıq, çoxarvadlılıq problemi ələ alınıb. Hər nə qədər avropada təkarvadlılıq mövcud olsa da, həqiqətdə onların bunun tam əksini etdikləri, fuhuşla, zina ilə necə iç-içə olduqları ortadadır...