Məhəmmədrəsul Mollahüseyni

Yadında Qalsın author
Author
10.0/10
11 People
54
Reads
3
Likes
695
Views

Məhəmmədrəsul Mollahüseyni Quotes

You can find Məhəmmədrəsul Mollahüseyni quotes, Məhəmmədrəsul Mollahüseyni book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
-Nə tez yadından çıxdı! Sən həyatımızın ən şirin anında mənim şəhid olmağım üçün dua etmişdin. -Səninlə keçən hər anım şirin olub, hansını deyirsən?
Sayfa 217Kitabı okudu
Həmin on gün ərzində anası nə zaman zəng vurub halını soruşurdusa, üzü gülürdü, uzanmış olsaydı, cəld oturardı, oturmuş olsaydı, ayağa durardı. Onun bu rəftarları mənə çox qəribə gəlirdi. Ona dedim: -Həmid can! Axı anan sənin oturduğunu, ya da uzandığını görmür. Elə uzandığın yerdə, istirahət edə-edə də danışa bilərsən. -Düzdür, anam yanımda deyil, məni görmür, bəs Allah necə? Allah yanımdadır və məni görür.
Sayfa 192Kitabı okudu
Reklam
Yadında qalsın.
-Narahat olma! İmkan yaranan kimi zəng edəcəm. Ancaq bir məsələ var. Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. ' Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam. Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi: -Yadında qalsın! Yadında qalsın! Təbəssüm edib dedim: -Yadımdadır! Yadımdadır! ...<~3
Sayfa 229Kitabı okudu
Dörd gün sürən kurslardan sonra evə qayıtdıq. Qəzvinə çatanda ah çəkib dedi: -Oxay! Rahatlaşdım. Ürəyim səninçün çox darıxmışdı, xanım. Təəccübləndim. -Biz ki ayrı deyildik. -Başqalarının yanında sənə rahat baxa bilmirdim. Bilirsən nə qədər darıxırdım?! Bu kimi yerlərdə bəzilərinin subay olduğunu nəzərə alırdı.
Sayfa 178Kitabı okudu
-Xanım, nə qədər fikirləşirəmsə, bu nəticəyə gəlirəm ki, ömrümüz əyləncə içində keçirməyə dəyməyəcək qədər qısadır. Gəl, həyatımızı elə tənzim edək ki, evli həyatımızla subay həyatımız fərqlənsin. Məsləhət gördü ki, həm səhərlər, həm də axşamlar bir səhifə Quran oxuyaq. Bu, gündəlik işimiz oldu. Hər gün sübh namazından və Əhd duasından sonra hərəmiz bir səhifə Quran oxuyurduq. Çalışırdıq ki, ayələri tərcüməsi ilə birgə oxuyaq. Yan-yana otururduq; birimiz oxuyur, digərimiz də qulaq asırdı.
Sayfa 116
Reklam
83 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.