Şərti olaraq zahiri müsəlmanlığı《islam》, həqiqi müsəlmanlığı isə 《iman》adlandıraq. Allah-təala Qurani-Kərimdə buyurur: 《Biz iman gətirdik》dedilər. De ki: 《Siz iman gətirmədiniz. 《İslamı qəbul etdik》deyin!》İslam dini dildə qəbul edib, ona zahirən əməl etməkdirsə, iman qəlbə aid olan bir məsələdir.