Nəriman Həsənzadə

Seçilmiş Əsərləri author
Author
Editor
8.2/10
9 People
31
Reads
26
Likes
4,269
Views

Nəriman Həsənzadə Quotes

You can find Nəriman Həsənzadə quotes, Nəriman Həsənzadə book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Düşmənimiz də şərəfli olmadı...
"Adıgözəlov Hafiz Ramiz oğlu 1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadan olub. 1990-cı il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarım yaşayıb. Gənc anası köməyə gələndə onun da üstünə benzin töküb yandırıblar. Kənddə danışırdılar"
Sayfa 59 - Bütün millətlərə, beynəlxalq məhkəməyəKitabı okudu
Heç nə daha istəmirəm(
- Ata, güllü bir corab al, heç nə daha istəmirəm. Sən tülkülü bir kitab al, heç nə daha istəmirəm. Bir plaş al, iki bayraq, bir qara zont, bir ağ papaq... heç nə daha istəmirəm.
Reklam
Bir az yadlasibsan,dogmalas bir az...
Yanina gelmisem tezeden kusek Tezeden barisaq, gorek olurmu?!
Bu dunya NERDIVANDI....
Bu dünya nərdivandı – Qalxanda mehribandı, Enəndə nə yamandı… Görüşdük pillələrdə, Yolun yarısında biz. Sən qalxırdın bu dəmdə, Mən enirdim xəbərsiz. Səni arzularına Qaldırırdı nərdivan. Məni xatirlərə Endirirdi bu zaman. Birimiz – günçıxana, Birimiz – günbatana. Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. Sən də enə bilməzdin – Haqlı, haqsız vermişdi Öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya, Ya sən əvvəl gələydin, Ya mən sonra dünyaya......
TALEYİN SON TÖHFƏSİ
Sənin göz yaşınla, sənin gülüşün hərəsi dünyanın bir çalarıydı. Biri — kölgəsiydi, biri — günəşi, kölgədə üşüyüb, gündə yanırdım. Göz yaşı — bir qadın çağırışıydı, kişiləri kişiliyə çağırış. Gülüşün— bir qəlbin yaz yağışıydı, yaşamaq eşqiydi bəlkə bu yağış?! Dilində şikayət, amma gülürdün, necə qərar tutub od buz içində?! Köhnə divar kimi hey sökülürdün, daş bina kimiydin sən toz içində. Dünya şirin idi, acı deyildi, acılar, şirinlər necə təzəydi! Göz gözün sirrini açıb deyirdi, — biri o birinin xəbərçisiydi. Bilmədim, bu yaşda nəydi günahım, qarşımda bu gülüş, göz yaşı nəydi? Pənah gətirmişdin, mənə, pənahım!- Bəlkə bu taleyin son töhfəsiydi...
Sayfa 91
Yenə də gözlərim gözündə qalıb Gördüyüm mənaya qurban olaram Əgər həqiqətsən,mən həqiqətə Röyasan,röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə Sən ayaq basdığın o yola, izə, Çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, Bir arzun dəyməsin daşa dünyada. Bu dünya gözəldi, yaşa dünyada, Sən olan dünyaya qurban olaram.
Sayfa 324
Reklam
280 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.