Pərviz Arif

Adı Leylaydı yazarı
Yazar
7.5/10
0 Kişi
8
Okunma
1
Beğeni
380
Görüntülenme

Hakkında

Ünvan:
Şair

Okurlar

1 okur beğendi.
8 okur okudu.
1 okur okuyor.
1 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Sevgilərlə..
Sevirəm mən səni, zülmətdə çıraqtək sevirəm, Yeni dünyaya göz açmış bir uşaqtək sevirəm. Sevirəm mən səni, həsrətdə vüsaltək sevirəm, Uzaq, əlçatmaz olan gizli xəyaltək sevirəm. Sevirəm mən səni, insanı sevəntək sevirəm, Özünü çox sevən insan, səni səntək sevirəm. Sevirəm mən səni, sevdalı könültək sevirəm, İncə, al ləblərini qırmızı gültək sevirəm. Sevirəm mən səni, sonsuz bir əsərtək sevirəm, Yaşaran gözlərini doğma Xəzərtək sevirəm. Sevirəm mən səni, qəlbimdə inamtək sevirəm, Dəli sevdaya da düşsəm mən adamtək sevirəm. Sevirəm mən səni, şiddətli küləktək sevirəm, Sənə məxsus nə əgər vardısa tək-tək sevirəm.
Sayfa 53
Edebiyat
Sual olsaydım əgər mən, cavabım yox düşünərdim, Xəyal olsaydım əgər mən, sənə gerçək görünərdim. Baxış olsaydım əgər mən, baxışından üzülərdim, Yağış olsaydım əgər mən, dodağından süzülərdim. Qədəh olsaydım əgər mən, başacan sözlə dolardım, Fərəh olsaydım əgər mən, saf ürəklərdə olardım. İşıq olsaydım əgər mən, sən ola səmtə saçardım, Uşaq olsaydım əgər mən, sənin ardınca qaçardım. Ağıl olsaydım əgər mən sən olan yerdə itərdim, Nağıl olsaydım əgər mən, dəli sonluqla bitərdim. Ürək olsaydım əgər mən, bu soyuqluqda donardım, Külək olsaydım əgər mən, sənə sakit toxunardım. Oruc olsaydım əgər mən, səni "Ay" zənn eləyərdim, Səni gördükdə içib su, daha iftardı deyərdim.
Sayfa 26
Edebiyat
Reklam
Reklam