Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəhriyar Del Gerani

Şəhriyar Del GeraniDarıxmağın Adı yazarı
Yazar
6.0/10
2 Kişi
7
Okunma
10
Beğeni
2.405
Görüntülenme

Şəhriyar Del Gerani Gönderileri

Şəhriyar Del Gerani kitaplarını, Şəhriyar Del Gerani sözleri ve alıntılarını, Şəhriyar Del Gerani yazarlarını, Şəhriyar Del Gerani yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Xocalı- kadrlara sözardı
Uşağa bax-yerdə elə sərili qalıb, beş-on metr aralıda bir tay çəkməsi. Hərdən elə... hərdən elə istəyirəm ki, gedib geyindirim onu, qoy üşüməsin... Qocaya bax- bax, başında buxara papaq, elə bil ki yatağında uzanıb ölüb. Elə bil ki o qocaya güllə dəyməyib, elə bil ki nəvəsindən utanıb ölüb. Bizi belə öldürdülər, şəhid şəhərim, bizi belə-əli yalın, ayağı yalın...
Sayfa 22 - Zərdabi nəşrKitabı okuyor
Təəssüfün şeiri
Deyirlər ki, dənizlərin yaddaşında qalır imiş balıqların yuxusu... Deyirlər ki, uçuşundan bilinirmiş quşların da arzusu. Deyirlər ki, şəkillərdən duyulurmuş uşaqlığın qoxusu.
Sayfa 19 - Zərdabi nəşrKitabı okuyor
Reklam
Bizim də bir tərəfimiz böyüyüb başa çatdı, dönüb baxanda görürsən, o biri yanın uşaqdı
Bir az da qalsaydın deyəcəydim ki, Lap deyəcəydim ki, Sənsiz alınmır. Güya çətin olur təklik dediyin, Güya gecələrin günəşi olmur. Bir az da qalsaydın, Bir az da qalsaydın, düyəcəydim ki, Sabaha şaxta var, Əynini qalın elə.
Şəhriyar Del Gerani
Şəhriyar Del Gerani
Kəsib tullayasan qollarını da, Yetim saxlayasan qucaqlarını... Biryolluq hamıdan çıxıb gedəsən, Bir it qucaqlaya ayaqlarını... Ay ağac, yazıqsan – qış ağacısan, Bu bekar torpağın boş ağacısan, Bilsəydim anamın baş ağacısan, O vaxt sındırmazdım budaqlarını... Qırmızı kəndirdə boynun dincələ, Ölüm də gələndə gülərüz gələ, Bir gün uzağlardan bir
Ovunmağın şeiri
bircə qalıb birtəhər lap birtəhər-birtəhər ömrü başa vurmaq, mən bilirdim necə olur adamlardan yorulub əşyalara tutunmaq düzü, heç özüm də belə gözləmirdim...
Reklam
Və sənsiz günəş gecikər aydınlanmaz sabahlar azan səsinə diksinər bu şəhərdə günahlar... bu səhər də baş ağrısı soyuq içki, darıxmaq bir quru zəng gələ, deyəsən ki, Darıxma...
Şəhriyar Del Gerani
Şəhriyar Del Gerani
🤍
Sevirsənsə, günəşi sev..
Sevirsənsə, günəşi sev sabahın xatirinə, Bu gün gecdi, amma sabah hər şey yaxşı olacaq. Gəl sənə nağıl danışım: "üç dost olur..." İnanma! İnsan əvvəldən axıra bu dünyada tək olur. Ağla, sənə kimsə deməz gözün üstə yaşın var Unudulmuş insan üzü su üzünnən bərk olur...
Şəhriyar Del Gerani
Şəhriyar Del Gerani
🌿
Noyabr şeiri
"Üzü qibləyə durmuşam Ki, bəlkə qovuşum sənə. Bu qədər sənsizliyin hansından danışım sənə? Sərsəri əllərimin odası omuzların. Uzaqlara öyrətmə gəl bu süləngi təkliyi, daha mənim sevgiyə aldanan vaxtım deyil ki... Daha mənim sevgiyə aldanan vaxtım deyil ki?! Bacarırsan anam kimi, bacım kimi qucaqla, qolların doğmalığın qala divarı olsun... Heç bilmirsən buludlardan niyə incikdi balıqlar, axı kimin yolun gözlər bu kimsəsiz uşaqlar? Gəl sənə bir söz də deyim, deyim xəbərin olsun, biləsən sənə oxşayır indi bütün uzaqlar..."
Sayfa 71 - Zərdabi NəşrKitabı okudu
*** "Hansı daha ağırdı – qəbiristanlığa çiyinlərdə aparılan ana tabutu, yoxsa qucaqlarda qundaqda aparılan uşaq meyiti? Mən susmağı seçirəm..."
Sayfa 96 - Zərdabi NəşrKitabı okudu
Reklam
*** "...Və bir gün başa düşürsən ki, əslində ətrafında olan adamların heç biri dəyişmir, sadəcə sən onları hər dəfə bir az daha yaxşı tanıyırsan..."
Sayfa 96 - Zərdabi NəşrKitabı okudu
43 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.