Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sultan Məcid Qənizadə

Sultan Məcid QənizadəSeçilmiş Əsərləri yazarı
Yazar
6.5/10
2 Kişi
33
Okunma
0
Beğeni
648
Görüntülenme

Sultan Məcid Qənizadə Sözleri ve Alıntıları

Sultan Məcid Qənizadə sözleri ve alıntılarını, Sultan Məcid Qənizadə kitap alıntılarını, Sultan Məcid Qənizadə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Dər xəmi-zülfəş dili-şeyda şikəst, Cami-Cəm əndər şəbi-yelda şikəst... (Mənim məftun ürəyim onun saçının qıvrımında, Cəmşidin camı isə yəlda gecəsində sındı.)
Ağaclar cümləsində bibəhrə çinar və azadə sərv ağacları vardır ki, onlardan heç kəs səmərə ümid tutmayaraq da, ancaq sayəbanlıq üçün bəslənirlər, amma nar və ya alma ağacı adlanan bir nihal hərgah bir il bar verməsə odun deyilib baltalanarlar. Öz təklifin bilməyən müəllim müddəidir ki, müəllimlər zümrəsindən nəf olunsa gərəkdir. Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə Misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər!
Reklam
İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə dahaca ağırraqdır!
Müəllimin mətaı tədris ikən, hədiyyəsi kitab olur.
Hala əlimə qələm alıban, tərbiyə xüsusunda bil nəsihətnamə yazıb Diləfruza göndərrəm, ümidvarəm ki, qızıl həmayildən və mirvarid gəlubənddən mənim nəsihətnaməm nafe ola, çünki onlar sinə və gərdən zinəti ikən, bu, ruh və can nicatı olur. Ehtimalən, hərgah bu hədiyyəm həqir olmuş olsa da eybi yoxdur...
Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab doğacaq isə, yenə məktəb divarından tülu edəcəkdir...
37 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.