Tural Sahab

Ləman author
Author
8.2/10
9 People
62
Reads
6
Likes
1,180
Views

Tural Sahab Quotes

You can find Tural Sahab quotes, Tural Sahab book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Evlənəcəyin insanı, işləyəcəyin işi özün seçəcəksən. Kimsə sənin yerinə, sənin həyatın haqqında qərar verməyəcək. Bu həyat, bu ömür sənə verilib. Bəli, ancaq sənə! Kiminsə sözü ilə yaşayasan deyə yox, öz qərarların-doğru və yanlışlarınla özün yaşayasan deyə.
Adam anlayanda ki, yaxınını, əzizini birdəfəlik itirib, daha görməyəcək, doya-doya ağlamaq istəyir, dünyanın heyfini gözlərindən çıxmaq istəyir...
Reklam
Sevinclə kədər həyat naxışının ilmələridi, biri olmasa, o zaman, bu naxıș da tam olmaz sökülüb gedər... Ona görə də, insan gərək sevincdən qanad açıb uçduğu hər an kədərin də onunla birgə pərvazlandığını unutmasın.
Şəms onun uzaqdan çox sevdiyi, ancaq heç vaxt yaxınılaşmadığı, bəlkə də yaxınlaşmayacağı bir sevgili idi. Onun saçlarından tutub, dodağından öpməyə qıya bilməzdi, dayana bilməzdi Şəmsin gözləri önündə qocalmasına... Sevdiyi qara saçlarda bir ağ tel görsə, məhv olardı... Kənan Şəmsə “səni sevirəm” deməyə belə qıya bilməmişdi.
Saçlarına gül düzərdim yazları, Dilə gətirdi eşqin sazları... Tanrı dağındakı təmiz qarları İçib, susmaq istər ömrüm...
Bəzən adam hiss elədiyini deməyə söz tapmır, sanki təxəyyülündəkiləri sözlərə əmanət etməyə ürəyi gəlmir.
Reklam
560 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.