Tural Sahab

Ləman author
Author
8.2/10
9 People
62
Reads
6
Likes
1,181
Views

Tural Sahab Posts

You can find Tural Sahab books, Tural Sahab quotes and quotes, Tural Sahab authors, Tural Sahab reviews and reviews on 1000Kitap.
Və ümid edirəm ki, haçansa şeir ətirli bir çay içərik səninlə Aylardan noyabr, ya da mart olar.. Bəlkə də hava küləkli, saçlarını isladan yağmur..ruhumu isidən baxışların... Saat on bir, həftə sonu Sevgililər parkda öpüşəndə Quşlar onlara dən verən qoca ilə görüşəndə Görüşərik, içərik çayımızı... Bəlkə heç vaxt, bəlkə də xəyallarda Ümidlə, arzular ötüşəndə
Tural Sahab
Tural Sahab
140 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Redaktordan oxucuya... Müəllim olmaq işıq olmaq deməkdir. Elə bir işıq ki, saysız-hesabsız ömürlərə yol göstərəcəkdir... Müəllimin bir sözü, bir cümləsi, bəzən bircə baxışı belə kiminsə həyat devizinə çevrilir, yaşam düsturu olur... Tural Sahab özü də müəllimdir. Onun da mayak olduğu gəmilər çoxdur... Və indən belə də olacaq... Amma, müəllim olmağın ülviliyində xoşbəxt olan Tural Sahab üçün xoşbəxtliyinin çizgiləri yazmaqdan keçir. O, arzularını, ümidlərini, sevgisini, bəzən də gözünün qarşısında həyat dalğalarıyla mübarizədə məğlub olan gəmilərin vida nəğmələrini yazır... “Onun adı Elyanora deyil”, “Ləman”, “Bir” kitablarının müəllifinin “Türkan”ı da bizə yad deyil. Doğmamızdır... Özümüzdür... Yerinə yetməyən arzularımız, bəzən də, uğurumuzun adıdır. İnanıram ki, özü dediyi kimi, nə vaxtsa Tural Sahabın “iyirmi birinci” romanını da oxuyacağam... Oxuyacağıq... Şəfa Vəli (AYB və DGTYB üzvü)
Türkan
TürkanTural Sahab · 20195 okunma
Reklam
Çünki vəzifə elə bir şeydi ki, ən təmiz adamı belə yoldan çıxara bilirdi...
Türkan son vaxtlarda xoşbəxtliyin sirrini tapmışdı; başqalarını xoşbəxt etmək... Yaxşılıq etdiyi, sevindirdiyi hər insanla kədəri bir az daha azalır, ürəyi sakitləşirdi. Ümid vətən üçün şəhid olmuşdu və vətən indi Türkan üçün Ümiddi. Sadəcə, sağlığında onu sevmədiyi üçün peşman olurdu... Bu peşmançılığınsa dərmanı yox idi...
Türkanın bəzi sözləri müəllimlərin qanını qaraltmışdı. Necə yəni şagirdi danlamaq, döymək olmaz?! O zaman şagird müəllimin başına çıxar, imkan verməz ki, dərs keçsin.
Türkanın ürəyində bir qorxu vardı; “birdən bacara bilmərəm” düşüncəsi hərdən varlığına hakim kəsilirdi. Ancaq qorxularına qalib gəlməyi öyrənmişdi. Nəinki qorxusuna, Türkan, hətta, sevgisinə belə qalib gəlmiş bir qızdı.
Reklam
582 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.