Yelbeyin

Famusov Cəmiyyəti, Çatski və Aleksandr Qriboyedov
7/10
·160 syf.··
2026 2. kitabı
·
32 saatte okudu
·
Okunma: 01 Haziran 2026 01:57
Pyes ilk nəşr olunan zaman böyük senzura ilə qarşılaşmışdı. Pyesin xeyli hissəsi ixtisar edilmişdi. Kitab yalnız yazıçının ölümündən 29 il sonra ixtisarsız nəşr oluna bildi. Bu qədər senzuraya məruz qalmasının səbəbi tənqidçilərə görə bu kitabın Moskvaya qarşı bir böhtan olması idi. Yazıçının kitabda fikirlərini əsas personajın dilində azad şəkildə deməsi tənqidçiləri olduqca narahat edirdi. Aleksandr Qriboyedovun əsərə "Ağıldan bəla" adını verməsi təsadüfi deyil. Əsərdə təsvir olunan Famusov cəmiyyətində rüşvət, yaltaqlıq, rütbəpərəstlik və yalan normal həyat tərzi kimi qəbul edilir. Belə bir korlanmış mühitdə ağıllı, elmli, dürüst olmaq insanın xeyrinə deyil, ziyanına işləyir. (Yazıçı dekabrist idi) Dünyanın müxtəlif ölkələrini gəzmiş, savadlı gənc oğlan Moskvaya qayıdır. Səyahətləri zamanı çox şey öyrənir və mütərəqqi görüşlərə sahib olur. Çatski azad və tənqidi düşündüyü üçün bu cəmiyyətə uyğunlaşa bilmir və onun ağlı, savadı özü üçün bəlaya çevrilir. Əgər o da digərləri kimi kor-koranə itaət etsəydi, cəmiyyətdə asanlıqla yer tapa bilərdi. Pyesdəki obrazlar 2 ayrı sərhəddə dayanır. Biri Famusovlar, digəri isə Çatski. Famusovlar keçmişin əhəmiyyətsiz fikirləri, lazımsız adət-ənənələri ilə yaşayır. Bununla yanaşı, onlar bir tərəfdən də avropalaşmağa, avropalaşmış görünməyə çalışırlar. Çalışırlar demək elə də doğru olmaz bu situasiyada. Anlamadan qəbul edirdilər. Pyesin əvvəlində Famusov və qızı Sofiya olan pərdədə belə bir fikir söyləyir: "Başa sal, qorusun qoy gözlərini, Bir də oxumaqdan nədir ki fayda; Firəng kitabları qoymur o yata, Rus kitabı dərhal yatırdır məni." Burada maraqlı bir istehza var. Famusov firəng kitablarının maraqlı olduğunu qəbul etmir, əksinə, bu kitabların gənclərin beynini boş xəyallarla doldurub onları yuxusuz qoyduğunu iddia edərək
Ağıldan BəlaAleksandr Griboyedov · Qanun Nəşriyyatı · 2020138 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
1/10
·112 syf.··
2026 1. kitabı
Aqşin, qardaşımsan, bu kitabın satışını dayandır. Bu kitabdakılara şeir deyə bilmək üçün gərək ədəbi zövqüm sıfıra bərabər olsun. Oxuduqca hər şeirə 10 üzərindən qiymətlər verdim, 4-dən yuxarı olan olmadı. Oxumayın.
Yüz Qırx Yeddi Dənə SənAqşin Yenisey · Qanun Nəşriyyat · 201376 okunma