Hər şey adamın öz əlindədir, ancaq o şeyin ki, adam yanından ötüb keçir, əhəmiyyət vermir-bunu yalnız qorxduğu üçün edir... bu sübuta ehtiyac olmayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan , söyləyəcəkləri yeni sözdən qorxurlar... Amma mən çox danışıram ha... Çox danışdığım üçün də heç bir şey eləmirəm. Deyəsən elə heç bir şey eləmədiyim üçün də çox danışıram.