Yazarın qələminə söz demək düşməz, amma bu tip kitablardan minlərlə, on minlərlə var fikrimcə. Heç bir xüsusiliyi yoxdur və ötürdüyü heç bir dərin fikir yoxdur.
Doğru buyurursunuz. Əsər dünyaca tanınmış əsər olsa da məzmun etibarı ilə sinifdə qaldığını düşünürəm. Sanki Amerikanın o dövürki siyasətinə toxunmaq eşqinə yazılıb
Yorumunuzu indi görürəm :) təbii ki yazdığım təhlil şəxsi fikirlərimdir. Sizin isə ümumiləşdirib qəti olaraq kitabın heç bir xüsusiliyi yoxdur və ötürdüyü heç bir dərin fikir yoxdur cümləniz ilə razılaşmayacam.
Qəmər_ Ən pis müəllimdən belə nələrsə öyrənmək olar, yeri gəlsə ən cahil şəxslərdən də nəyisə örnək tapıb götürə bilərik, amma kim cahil biriylə vaxtını itirmək istiyər ki ?
Yəni demək istədiyim, bu məğzdə yüzlərlə, minlərlə kitab tapıb oxuya bilərsiz, daha önəmli olan az vaxta nə qədər öyrənməyinizdir. 100 cümlədən 1 söz də öyrənməkdir, 100 cümlədən 10 söz də nəticə olaraq müsbətdir, amma faydalı iş əmsalını nəzərə alsaq itirilən vaxta dəymir.
Kimin nə oxuması irad tuta biləcəyim bir mövzu deyil, kim nə istəsə oxuyar, amma bəzi kitablar itirdiyimiz vaxta dəymir.
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.