Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sarvin

20 ildən sonra etdiklərinizdən daha çox etmədiklərinizə görə peşman olacaqsınız. Buna görə, lövbərləri qaldırın və sakit limandan üzüb gedin. Arxadan əsən külək yelkənlərinizə istiqamət versin. Tədqiq edin. Arzu edin. Kəşflər edin
Mark Twain
Mark Twain
Reklam
Hər cür çətinlikdən insanı qurtara biləcək bir şey varsa, onda bu sənin çatmalı olduğun müəyyən bir məqsəd haqqında bilikdir.
Viktor E. Frankl
Viktor E. Frankl
127 syf.
8/10 puan verdi
Balaca Qara Balıq
Balaca Qara BalıqSamed Behrengi
8.6/10 · 31bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
Gənclik, özünə güvənən olur. O, var-dövlətə və vəd etdiyi nemətlərə doğru aparan asan yollar axtarır. Tez varlanma axtarışında gənclər düşünmədən borca girirlər. Həyat, onlara qəti üzünü göstərməyib və onlar bilmirlər ki, çarəsi olmayan borc, içinə düşməyin asan, çıxmağın isə çətin olduğu quyuya bənzəyir. Bu, gün işığından məhrum bir uçurumdur.
Sayfa 105Kitabı okudu
Reklam
Düşünülmüş hərəkətlərimiz bizi həyat boyu apararaq sevindirir və bizə kömək edir. Eynilə bu cür, düşünülməmiş hərəkətlərimiz isə bizə narahatlıq verir və təşvişə salır. Təəssüf ki, onları rahatlıqla özündən uzaqlaşdırıb unutmaq da olmur. Edə bilmək imkanı var ikən, etmədiklərimiz haqqında olan xatirələrimiz bizə hər zaman əzab verəcək.
Öz gələcəyinizi təmin edin. Qocalara baxıb düşünün ki, gün gələcək, siz də onların sırasında olacaqsınız. Odur ki, pullarınızı böyük ehtiyatla yatırın ki, onlar batmasın. Pulları dövriyyəyə buraxmaq - su pərilərinin cəlbedici səsinə aldanmağa bərabərdir, bunun yalnız bir məqsədi var - sadəlövh dəniz səyyahlarını ölüm qayalıqlarında kəməndə salmaq.
Var-dövlət, kiçicik toxumdan cücərən ağaca bənzəyir.
Cavanlıq, əksər hallarda elə düşünür ki, qocalıq, ancaq onlara heç bir faydası toxunmayacaq ötən illərin müdrikliyinə bələddir. Unutma: bu gün səmada bərq vuran günəş - sənin atan doğularkən də işıq saçırdı, nəticələrindən sonuncusunun bu dünyanı tərk edəcəyi gün də işıq saçacaq. Gənclərin fikirləri, - o davam etdi, - göydən qəfildən keçən meteorların parlaq işığına bənzəyir. Yaşlıların müdrikliyi isə - daimi ulduzların işığı kimi o qədər sabitdir ki, dəniz səyyahları belə öz yol koordinatlarını onunla müəyyən edə bilər.
Məgər sağ olduğumuz müddətdə, başımız üzərində günəş bərq vurduqca, həyatdan zövq almaq doğru deyil?! Axı kölgələr aləminə köçməli olduğumuz zaman, qəm-qüssə icazəsiz gələcək.
Reklam
Var-dövlət insanın üstündə gəzdirdiyi pul kisəsində deyil. Hətta ən qalın pul kisəsi belə, onu dolduran qızıl mənbəyi olmayanda, tez boşalır.
429 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.