ALLAH, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa Ona məxsusdur. Onun yanında kim havadarlıq edə bilər? O,məxluqatın keçmişini və gələcəyini bilir. Onlar Onun elmindən, onun istəyindən başqa heç nə qavrayq bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
Kitabı sənə nazil edən Odur. O kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə ALLAHDAN başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər:"Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edər.
Bu dəniz ulduzlarından daha qəribə varlıqlar tapa bilərsənmi? Elə kövrəkdirlər ki, bircə dənə də sümükləri yoxdur, lakin eyni zamanda hərəkətli və tutduqlarını buraxmayanlardı. Parlaqdılar. Asanlıqla mühitə uyğunlaşırlar. Yaşamağa davamlıdılar. Sən bilirsənmi, əgər dəniz ulduzunun caynağını qopardarsansa, o yenisini uzadacaq?