"Görəsən bunlar nə üçün yaşayırlar? Yaşamaqda nə görürlər? Hansı məntiq, hansı sirr bunları yer üzərində dolaşıb nəfəs almağa məcbur edir? Lakin əsl mətləb də elə ondadır ki, bu adamların zahiri görünüşləri bizi belə düşündürür. Biz heç ağlımıza da gətirmirik ki, axı onlarında çiyinləri, başları var, bu başların içində isə heç kəsin istəyib-istəməməsindən asılı olmayaraq, düşünən beyin var, hərənin özünə görə daxili aləmi var. Amma biz bu aləmə, onun sirlərinə bələd olmadan, elə-belə üzlərinə baxıb, onların məndən yaşadıqları barədə hökm veririk.."