"Dayan sənə son sözümüzü deyək: Sənin heç vaxt övladın olmayacaq. Sən xain və yaramaz adamsan. Burada səni heç kəs sevmir. Səni meşə sevmir, bir ağac, hətta bircə ot da sevmir səni."
"Babam deyir ki, əgər adamlar atalarını unutmuş olsalar, korlana bilərlər.
-Kim korlanar? Adamlar?
-Bəli
-Niyə?
-Babam deyir: onda heç kəs öz pis əməli üçün xəcalət çəkməz, ona görə ki övladları, onların uşaqları bu pis əməllərdən xəbərdar olmayacaqlar. Hələ xeyirxah işlər görən də olmayacaq, çünki onsuz da övladları bu barədə heç nə bilməyəcəklər."