Bu zamana qədər oxuduğum ən fərqli hekayəsi olan kitab idi. Yazıçının səmimi dili, hadisələri real həyatdan daha gerçəkçi əks etdirməsi, süjetin fərqliliyi və axıcılığı ilə sadəcə möhtəşəm idi!
15 yaşındakı bir uşağın cinayəti, şiddəti hətta ölümü dadaraq necə böyüməsi və bütün bunların onu necə bir insana çevirdiyini detalları ilə oxuyuruq. “Underground literature” janrında ( yeraltı ədəbiyyatı) oxuduğum ilk kitab idi və mütləq yazıçının digər kitablarını da oxumaq üçün əldə edəcəyəm.
Qeyd edim ki, bu tərz mövzulara həssassınızsa (şiddət, insan alveri, işgəncə, ölüm) və yaşınız 18’dən aşağıdırsa kitabı oxumanızı tövsiyə etmirəm :)
-“İnsanın təkcə doğulduğu dünyaya yox, özünə də öyrəşməsi üçün də vaxt lazım idi.”
-“Yalnız məsum insanlar doğulduqları torpaqları tərk etmək məcburiyyətində qalmırdı… yalnız pis adamlardan qaçanlar yox idi… qaçan pis adamlar da var idi!”
-“Bir insanın ağlı da ona xəyanət etmək üçün fürsət axtarırsa bu dünyada güvəniləsi başqa nə qalmışdı? Başqalarının ağıllarımı? Qətiyyən!