Ziya Nəsirov

Ziya Nəsirov
@ziyansrv
Sıkı Okur
13 kütüphaneci puanı (Geçen ay: 2)
63 okur puanı
Mayıs 2025 tarihinde katıldı
Puan vermedi·70 syf.··
2026 30. kitabı
Əsərdəki baş qəhrəmanımız olan Feniçka, 19-cu əsr avropasında, ortalama bir qadından tələb olunanların əksinə, yalnız başına səyahət etməyi, kafelərə və teatrlara tək başına getməyi, intellektual cəmiyyətdə var olmağı və cəmiyyətdəki qadından gözlənilən bütün cinsiyyət ayrımlarını rədd edən güclü, biraz da dəlisov bir obrazdır. O bir gün, Parisdəki səyahəti sırasında təsadüfən, ixtisasca psixoloq olan, mühafizəkar düşüncəli, Max Verner ilə rastlaşır. Max ilk başda Feniçka haqqında, mənfi düşünsə də, daha sonra ikilinin arasındaki dostluq artdıqca, həm Max Verner'in Qadınlara olan baxışı, həm də Feniçkanın insan münasibətlərinə olan görüşü tamamilə dəyişəcəkdir. Məncə oxumağa dəyər əsərdi, lakin Salome'nin ən yaxşı əsəridir demək olmaz. Bilirsiz ki, Salome Nietzsche, Rilke və Freud kimi adamları barmağında oynatmış biridi, ondan daha yaxşısını gözləyərdim, biraz gözləntimin altında qaldı.
FeniçkaLou Andreas-Salomé · Türkiye İş Bankası Kültür Yayınları · 20169,5bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·70 syf.··
2026 29. kitabı
Zweig'in bu əsərinin içində, 3 hekayə yer alır: 1) Rahel Tanrı'yla Hesaplaşıyor 2) Üçüncü Güvercinin Hikayesi 3) Ölümsüz Kardeşin Gözleri Mən 3-cü hekayəni, onsuzda ayrıca oxumuşdum deyə, onu təkrardan oxumadım. Hətta əvvəl ki, postlarımda o kitab haqqında ətraflı paylaşım da etmişəm. Digər iki hekayə isə daha çox Tövrat və İncildəki yer alan mətnlərə əsaslanan hekayələr idi. Kitaba adını verən hekayə, yəni “Rahel Tanrıyla Hesaplaşıyor”, Rahel adında bir qadının Tanrıya olan üsyanından bəhs edir. Kitab Tanrı'nın insanlara qəzəblənməsi ilə başlayır. Bu səbəbdən yer üzündə çoxlu fəlakətlər baş verir, evlər dağıllır, sular daşır və s. Məhz bu anda Rahel ortaya çıxaraq uca səslə Tanrıya yalvarmağa başlayır. O öz dualarında, Tanrıdan onun xalqını əfv etməsini istəyir. Tanrı onun dualarına cavab verməyəndə isə, bu dəfə o keçmişdə baş vermiş bir hadisəni həm bizlərə, həm də Tanrıya nəql edir. Əslində Rahelin yaşadığı şey, istənilən bir qadın üçün çox ağır bir hadisədir, məhz Rahel, belə bir anda belə qəlbindən Tanrıya olan inancını əksiltmədiyini vurğulayır və beləliklə dualarındaki arzuları çin olur. Hər iki hekayə də, “Dini Öğreti” deyə biləcəyimiz cinsdə hekayələrdən idi və Zweig onları ədəbiyyat ilə harmoniyalaşdıraraq bizlərə ötürüb.
Rahel Tanrı’yla HesaplaşıyorStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202124,9bin okunma
Puan vermedi·556 syf.··
2026 28. kitabı
19-cu əsrin sonu, 20-ci əsrin əvvəli, Londonda baş verən bir hekayə... Qəhrəmanımız Cefri Tempest özünü digərlərindən ağıllı hesab edən, gənc, amma uğursuz bir yazıçıdır. Lakin onun taleyi, uzaq qohumlarından birinin ona 5 milyon funt miras qoyduğunu öyrənəndən sonra tamamilə dəyişəcək. Bu pul, ona eyni zaman həm zənginliyin, həm şöhrətin, həm də kədərin qapısını açacaq. Lakin pulun ona gətirəcəyi şeylər, bununla sərhədlənmir, bu sərvət, ona həmçinin çox yaxın bir "dost" olan Şəhzadə Lusio Rimanezi də gətirəcək. Əsərdə əsas hadisələr, Cefrinin qazandığı sərvətdən sonra, Şəhzadə Rimanezin köməkliyi ilə yüksəlişindən və yuxarı təbəqəyə daxil edilməsindən sonra başlayır. Rimenez obrazına isə Türklər demiş, ayrıca "Parantez" açmaq lazımdır. Korelli İblis obrazını şər bir obraz kimi yox, tam əksinə iztirablarla dolu traqik bir obraz kimi təsvir edir. İblisin tək qurtuluşu bütün insanlığın saflığa və mərhəmətə dönüşüdür. Lakin günümüz dünyasında bu onun üçün mümkünsüz görünür... Kitabdaki əsas ideyanı, Oscar Wilde'ın bu cümlələri ilə əsaslandıra bilərik, "Şeytan sadəcə təklif edər, insan istərsə seçər..."
İblisin İztirabıMarie Corelli · Səbat Nəşriyyatı · 02 okunma
Puan vermedi·280 syf.··
2026 27. kitabı
Kitabın baş qəhrəmanları narkotik asıllığından əziyyət çəkən gənc bir cütlükdür. Kitabda bir növ onların gündəliyi kimi yazılıb. Kitabın 3 əsas başlığı var, “O və Həvva” , “Həvva və O” və “Həvva və qızı”. Başlıqların ilki oğlanın gözündən, ikincisi qızın, yəni Həvvanın gözündən, üçüncüsü isə adından məlum olduğu Həvva və qızının gözündən yazılıb. Biz kitab boyu oğlanın adını öyrənmirik. Yalnızca Həvvanı və onun ətrafındaki insanları tanıyırıq. Hekayə xarici ölkədə keçdiyi üçün digər obrazların adları da xarici adlardır. Mənim üçün isə bu obrazlar arasından ən yadda qalanı Leo oldu. Leo istər dünyaya baxışı, istər dünyagörüşü, istərsə də fəlsəfə biliyi ilə məni özünə çəkməyi bacardı. Çox təəssüf ki biz kitab boyu onu çox az görürük. Kitabın qısaca çatdırmaq istədiyi mesaj isə, narkotikin nə qədər pis bir şey olduğudur. Lakin klassik mətnlərdən fərqli olaraq, 47-ci xromosom kitabında, yazıçı bizi narkotik aludəçiləri ilə güclü şəkildə empatiya qurmağa sövq etdirir. Həmçinin yazıçı Bizlərə “onlar asıllıdır, onlardan uzaq durmalıyıq” fikrinin əvəzinə “onlarda insandır, onlara əlimizi uzatmalı və onlara yardım etməliyik” firkini aşılamağa çalışır. Mən əsəri bəyəndim, xüsusən ilk səhifələri özünü oxutdururdu. Yeri gəlmişkən, bu roman yazıçının 4-cü romanıdır. O bundan başqa, “Mənim lənətlənmiş dünyam”, “Onu sevməyə məhkumam” və “Qullar” adlı romanlarında müəllifidir. Həmçinin bu kitabı xüsusi qılan bir digər xüsusiyyətdə, kitabın özünə xas musiqi playlisti olmasıdır. Siz onu oxuyarkən, kitabda keçən musiqiləri dinləyə bilərsiz. Kitabın içinə bu musiqilər aiddir: Hi Profile - Harmony Hi Profile - Dead or alive Hi Profile - Mediterranean Hilight Tribe - Free Tibet Relativ - Gayatri Fable - Temple of Light Technical Hitch - Mama İndia Technical Hitch - Reborn Shanti People
47-ci XromosomZiya Səfərbəyov · Əli və Nino Kitab · 201911 okunma
Puan vermedi·80 syf.··
2026 26. kitabı
Əsərin baş qəhrəmanı, sənət uğruna öz mənliyindən qurban verən Oktaydır. O xalqına çox bağlıdır. Bütün etdikləri xalqının ziyalanması, və onların yalanlarla əhatə olunmuş dünyada biraz da olsun həqiqəti görmələri üçündür. Bu səbəbdən o Elin oğludur, yəni ki, Oktay Eloğlu. Əsər tək kəlimə ilə möhtəşəm idi. Bir gəncin teatr sənəti uğrunda apardığı mübarizə və cahil kəsimin bütün inadlarına rəğmən hədəfindən dönməməsi. İnsan belə əsərlər oxuyanda, bəzi məqamları günümüz ilə müqayisə edəndə ona gülünc gəlir, məsələn Xanımların səhnədə çıxışına, teatra getməsinə, başıaçıq gəzməsinə icazə verilməməsi kimi şeyler. Amma bir tərəfdən də, vaxtilə belə şeylərin həqiqətən olduğunu bilmək insanı incidir. Çünki bu diyar, neçə dahilərin, sənətkarların və ədiblərin yuvası olmuşdur. Belə bir xalqa ancaq inkişaf və tərəqqi yaraşır. Vaxtilə ədiblərimiz bu uğurda daima mübarizə aparıb, hətta bəziləri bunun uğrunda öz canından keçiblər. Lakin çevrilib günümüzə baxanda, belə cahilliklərin hələ də davam etməsi insanı məyus edir. Amma ki, bəzən də düşünürsən ki, hərkəs özünün layiq olduğu həyatı yaşayır, Ömər Xəyyam demişkən; Cəlladına aşiq olmuşsa bir millət, İstər əzan, istər zəng dinlət. Etiraz etmirsə sürü kimi illət. Layiqdir ona hər cür zillət... Bir zamanlar maarifliyə aşiq olan xalq, indi cəlladı olan cəhalətə aşiqdir çox təəssüf ki...
Oqtay EloğluCafer Cabbarlı · Xan Nəşriyyatı · 20267 okunma