Ayan Qadirova

Ayan Qadirova
@Ayaaann
Bakü
Bakü, 20 Mart 2001
40 okur puanı
Ağustos 2020 tarihinde katıldı
248 syf.
·
Puan vermedi
Yarım qalan sevgi..
Yurdumuzun parçalanmağa başladığı dövr. Xanlıqlar dövrü.. Tarix kitablarında bu zaman gəldikdə içimi ayrıca bir kədər bürüyür.Çünki irəlidəki Azərbaycan ta o dövrdən parçalanmağa başlamışdı.Aram-aram gedən bu proses yüzillər sonra belə təsirini qoruyacağından xəbərsiz idi.. O zamanlar kasıb ailədə doğulmaq bir dərd ikən,güclü ailədə doğulmaq da ayrı bir dərd idi.Xan qızı adı altında əzilən Heyran xanım ailəsinə görə susmalı,deyilənləri sorğulamadan etməli idi.Ancaq aşiq bir qəlbin ayrılıq həsrəti ilə günü-gündən əridiyindən heç kəsin xəbəri yox idi. İlk və tək sevgisindən ayrı düşən Heyran xanımın sırğası qəlbinin yarısı kimi vətənin də,sevdiyi bəy də qalır.Bir gün qovuşmaq arzusu ilə tökülən yaşlar quruyur.Hər kəsi fərqli bir tale gözləyir.Kim deyərdi ki,Xan qızı Heyran xanım o hallara düşəcək?
Tay sırğa
Tay sırğaMəhbubə Hacıyeva · 045 okunma
Reklam
816 syf.
·
Puan vermedi
TƏSADÜF
Klassik verilən bir sual vardır.Keçmişə getmək gücün olsa nəyi dəyişərdən? Düşünün dünyada bir insan sırf bu haqqını 1963-cü ilin 22 noyabr tarixinə gedib Amerikanın köhnə bir prezidentini xilas etmək istəyir.Amma niyə? Çox sadə bir müəllim həyatı yaşan Jake,hər gün yemək yeməyə getdiyi bir məkanın dondurucu hissəsində zaman keçidinin olduğunu qəribə bir şəkildə öyrənir.Keçiddən keçən insan hər səfərində 1958-ci ilə gedir. Jake xəbəri belə olmadan böyük bir oyunun içinə atılır.1958-ci ilə getməli 1963-cü ilə qədər səbrlə və heç kəsin diqqətini çəkməyərək o zamanın adamı kimi yaşamalı idi. 1963-cü il dünya üçün,xüsusilə də Amerika üçün vacib bir gün idi.O günü dəyişmək,gələcəyə meydan oxumaq idi.Hər şey axarında gedərkən Jake aşiq olur. Sadie və Jake Zamana meydan oxuyan aşiqlər.Lakin zaman elə də rahat aldadılmırdı.Axışı dəyişmək,tarixlə oynamaq asand iş deyildi.Hər birinin bir qarşılığı var idi.Jake bunun qarşılığını ya ağır bir bədəllə ödməli ya da zamanı axışına buraxmalı idi.O zaman yeni kəşf etdiyi şeylər heç keşf etməmiş kimi yaşamalı idi. Sadie’ni heç tanımamış,ona heç aşiq olmamış olmalı idi..Ya zamansız olacaqdı,ya da zamana meydan oxuyacaqdı..
22/11/63
22/11/63Stephen King · Altın Kitaplar · 20213,072 okunma