Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fatima Abbasova

Bir gün həyat dediyimiz bir hiss bizi tərk edəcək. Bədənimiz çürüyəcək, torpağa tapşırılacağıq. Ölmədən qabaq etdiyimiz hər şey unudulacaq, ölüm həmişə yanımızdadır. Yənə də heç ölməyəcək kimi yaşayırıq. Halbuki, çöküşün evində olan dünyada yaşayırıq. Gələcəkdə müharibəni qazanan olmayacaq. Şiddət heç bir çeyin həlli olmayacaq və bütün həlləri də
Reklam
Qadına niyə kiçik baxılır? Qadına niyə əl qalxır? Axı qadın sevgidir.
Sizə möcüzəvi varlıqdan danışıram, bəylər. Qadınlardan. Bir kitabda şair deyir ki, "Qadın səni sevirsə, sənə aiddir. Mütləq bir şəklin vardır, otağın bir yerində. Onu yandırtma. Bir qadın səni sevərsə, yatmazdan əvvəl sənin üçün dua edər. Sənin adınla başlayan dua, sənin adınla bitər. Onu susdurtma. Qadın səni sevirsə, sənə zərər verə bilməz.
Hələ ta qədimdən inasanlar nədən yarandıqlarını, necə yarandıqlarının marağında olmuşlar. Bu sual onlara Tanrı yaratmağa sövq etdi. İndiyə qədər təxminən, 15 min tanrı yaradılıb. Insanlar qədimdə, günəşə, aya, şimşəyə və b. təbiət qüvvələrinin nə olduğunu bilmədikləri üçün onları Tanrı etmişlər. Indi də, Tanrının var olduğunu əksəriyyət inanır.

Okur Takip Önerileri

Tümünü Gör
"Sağ tərəfdə, sinənizdə bir yer ağrıyacaq. Evinizin sizi içinə sığdıra bilməyəcəyi qədər balaca hiss edəcəksiniz. Özünüzü çölə atacaqsınız. Bura da sizə dar gələcək. Bədəninizin ürəyinizə dar gəldiyi kimi. Nə gözəl gül açacaq içinizi, nə də masmavi göy üzü. Bədəninizi daşıya bilməyəcək qədər böyük, bir yandan da itəcək qədər balaca
Dünyadakı ən ağıllı, ən güclü varlıq olduğumuzu deyirik. Gücümüzlə öyünürük. Gücümüzü ətrafdakı nəsnələrə olan təsirimizlə ölçürük. Ətrafa olan təsirimmiz həddən artıq böyükdür. Bəlkə, biz əslində heç nəyə təsir edə bilmirik? Bəlkə heç mövcud deyilik? Bəlkə əslində heç mövcud deyilsiniz? Qəribə sualdır. Axı mən burdayam. Lakin, hər şey
Reklam
" - Üzr istəyirəm, ancaq mən imperator olmaq istəmirəm, hökm etmək yaxud işğal etmək. Hər kəsə kömək etmək istəyirəm; Yəhudi, katolik, ağ, qara. Biz hamımız bir-birinizə kömək etmək istəyirik. Insanın təbiəti belədir. Biz bir-birinizin xoşbəxtliyi ilə sevinməliyik. Bədbəxliyi ilə yox. Dünya hər kəsə çatacaq qədər böyükdür. Və hər kəsi
Bir vaxtlar, insanların özlərini təkamülün mərkəzi bilmələri gülünc idi. Amma bu yandan, bu an biz özümüzü təkamülün mərkəzi bilirik. Texnologiyanı göstərib, nə qədər ağıllı olduğumuzu deyirik. Amma kompyüterlər, maşınlar və fabriklər həqiqətən ağıllı olduğumuzmu sübutudur? Yoxsa, nə qədər tənbəlləşdiyimizimi göstərir? " Kompyüter olmadan əvvəlki zamanda yaşamaq istərdim. Bizi bir-birimizdən ayrıran ekranların olmadığı zamanlarda. Niyə sadəcə bu vaxtda yaşamaq istədiyimin fərqinə vardım. Çünki, burada, daha əvvəl heç sahib olmadığımız bir fürsət var. Internet bizə bir mesajı paylaşabilmə və dünyanın hər yerindən milyonların bir yerə gətirmə gücü verir. Hələ fürsət varkən,internetin bizi bir yerə gətirməsi üçün istifadə etməyək. Daha da ayrırması üçün deyil..." Xoşbəxtlik bahalı paltarlarda, I'Phone-larda deyil... Yazıldı: 09.12.2015 15:28 Köçürüldü: 14.04.2018 15:23 Fatima Abbasova
Hamımız 'mədəni insan' maskalarını taxırıq. Amma onu çıxardıb atdığımızda biz nəyik? Haradayıq? Nə tez unuduruq, daha yeni keçdiyimiz bu yüzildə qadınlara səs vermə hüququnun verildiyini, qaralarla ağlara eyni yaşam hüququnun verildiyini? Biz hər şeyi bilən varlıq kimi davranırıq. Amma bilmədiyimiz çox şey var. Heç bir balaca şeyə fikir vermədən küçələrdə gəzirik. Hər şeyi 'mən'in arxa planı olaraq görürük. Bəlkə də yalnız qalmaqdan qorxuruq. Daha Böyük şəklin bir parçası olmaqdan. Başqa ölkələrin yadlarını öldürmək bizim üçün normaldır. Amma bizim itimiz, pişiyimiz bizim üçün doğmadır. Biz özümüzdən başqa bütün canlıları axmaq adlandırırıq. Amma öz davranışlarımızı haklı görmək üçün onları nümunə göstəririk. Asan öldürə bilməli olduğumuz, həmişə öldürmüş olduğumuz bunu doğruya çevirə bilərmi? Yoxsa, bu nə qədər az şey bildiyinizimi göstərər? Ya da düşüncəli olmaqdansa, hücum edən biri kimi davranmağa davam etdiyimizimi Yazıldı: 08.12.2015 15:36 Köçürüldü: 14.04.2018 15:20 Fatima Abbasova
Sağlam deyilik. Həqiqətən, sağlamıqmı? Sağlamlığımız əlmizdədirmi?
Ölmə səbəblərindən biri də xəstəlik üçün düzəldilən dərmanlardır. Onlar bizə külli miqdarda pul qarşılığında xəstəliyimiz üçün müalicə tapacaqlarını vəd etdilər. Müalicə üçün həkimlərə qaçdığımızı fikirləşirik, amma əslində xəstəliyin səbəblərindən qaçırıq. Tükətdiyimiz bütün qidalar bizə təsir etmək üçün yaradılıb. Bədənimiz isə bu qidalarla doludur. Özümüzü zəhərli kimyəvilərlə doyuzdururuq. Heyvanların bədəni də xəstəlik və dərmanların işğalı altındadır. Amma biz bunu görmürük. Çünki, mediyanın sahib olduğu bir qrup şirkət bunu görməyinizi istəmir Yazıldı: 07.12.2015 14:20 Köçürüldü: 14.04.2018 15:18 Fatima Abbasova
Azad deyilik. Həqiqətən, azadlıqmı? Istədiyimizi əldə edə bilirikmi?
İndi hər hansı bir yerdə, nə isə edə bilərdin. Amma bunun yerinə bir ekran başında yalnız oturmusan. Belədisə, bizə istədiyimiz şeyi etməkdə mane olan nədir? Olmaq istədiyimiz yerdə olmaqdan? Hər gün eyni otaqda oyanıb, hər gün eyni yolu gedib, dünənin eynisini yaşayırıq. Amma əvvəllər hər gün yeni bir məcara idi. Zamanla hər şey
Reklam
Zamanla keçərmiş
Hərdən yol ilə gedəndə, hazırlıqdan evə gələnədə, adətən gecələr, göy üzünə baxıram. Səmadakı ulduzlara, planetlərə... Səmada, haradasa yeni bir planet yaxud planetlər sistemi yaranır. Bəlkə də onunla bir yerdə yeni canlılar yaranır. Bir-birindən xəbərsiz. Bəlkə də, orada da birisi mənim kimi fikirləşir, mənim kimi yol gedir.  Sonra üzümü öz
Ümidlərmiş
Əvəllər elə bilirdim ki, ancaq qocalar ölür. Uşaq idim. Elə bilirdim mən ölməyəcəm. Axı uşağam. Mən belə doğulmuşam və elə ölə bilmərəm. Qocalar isə anadan qoca olara doğulub.  Vaxt keçdi. Mən böyüdüm. İnsanların böyüdüklərini gördüm. böyüyüb, qocaldılarını. Onda bildim ki, insanlar anadan olur, böyüyür və qocalır. Sonra qocalıb ölürlər. Qocalan insanlardır, qocalmayan isə ümidlərdir. Başa düşdüm ki, məni yaşadan mənim ölə bilməmək ümidin, yaxud yalnız qocaların ölə bilməsi ümidi imiş.  İnsanlar ölür, amma ümidlər insanların ölümündən sonra da yaşayır.  Ümidlər ölmürmüş. Onlar bədidirlər. Yazıldı: 22.03.2017 Köçürüldü: 14.04.2018 Fatima Abbasova
Küçənin sahibləri
Həmişə otbiçən olmaq istəmişəm. Həqiqətən. Necə gözəldi. Biçilən, səqliqəyə salınan otlar. Kəsilən otların iyi... Məndən həmişə, hansı peşənin sahibi olmaq istədiyimi soruşurlar. Mən cavab verə bilmirəm. Məsələn, mən deyə bilmirəm ki, küçəyə aid olmaq istəyirəm. O insanların iyrənib baxdığı "Bomjlar".   Həyat onlara necə də gözəldi.