Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Havabel

112 syf.
7/10 puan verdi
·
5 saatte okudu
Deməli belə,
Kitab biraz müəllifin "Ağdiş" romanını xatırladırdı. Xüsusilə mənə maraqlı olan London itlərə niyə belə yaxınlaşmağıdır. Duyğu hissini çatdırmağı, heyvanın dilindən danışmağı möhtəşəm idi amma bu sual da məni çox maraqlandırır. Yazdığı yerləri nəzərə alanda bunlar normaldır. Amma adam itlərin ruhları ilə yazır sanki. Bəs siz nə düşünürsüz? Niyə itlərdən bu qədər danışır?
Vahşetin Çağrısı
Vahşetin ÇağrısıJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202332,3bin okunma
160 syf.
8/10 puan verdi
·
Beğendi
·
28 günde okudu
Deməli belə
Özümü Sizifə bənzətməyə başlayandan sonra, onunla bağlı kitabları araşdırmağa başladım. İlk bu kitabla rastlaşdım. E-kitab versiyasını oxumağa başladım. Amma düşündüm ki, bu kitabı sırf kitabdan oxumalıyam. Kitabı əldə etdim və oxudum. Kitabı aldığım gün şəklini çəkmişdim, bu şəkildə belə, daşları qaldırmaq üçün düşdüyümün fərqindəyəm. Lənətlənmiş amma bununla bərabər yaşamağa davam edən yeni nəsil Sizifəm...
Sisifos Söyleni
Sisifos SöyleniAlbert Camus · Can Yayınları · 20238,4bin okunma
104 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Deməli belə;
Kitab belə başlayır: Ben Beyrut. Adı Beyrut olan bir kent. Günlüklerimi yazıyor ve intihar etmeden Önce size gönderiyorum. Bu, kalkıştığım beşinci intihar. Bu başlıq çox diqqətimi çəkmişdi və bununla oxumağa başladım. Nizar Qəbbani Suriyada doğulmuşdur. Bu kitab Livanın paytaxtı Beyrutdan, ordakı siyasi hadisələrdən bəhs edir. Din altında olan siyasətə etirazı, bunun üçün necə parçalandığı göz önündədir. Çox qəribə haldır ki, hazırda gedən müharibəni də sanki öncədən görübmüş kimi yazır. Şəhərin həm müasirləşməyi, həm qapalılığı həm də bu çəkişmələrin şəhərin öldürüldüyünü ifadə edən müəllif, şəhərdən sanki bir qadınmış kimi bəhs edir. Sonlara yaxın daha da çox aqresiya hiss olunsa da öz axıcılığını itirmir.
Ben Beyrut
Ben BeyrutNizar Kabbani · Hece Yayınları · 2016204 okunma

Okur Takip Önerileri

Tümünü Gör
240 syf.
4/10 puan verdi
·
19 günde okudu
Deməli belə,
Müəllifin bir neçə məqaləsini oxumuşdum, diqqətimi çəkmişdi və kitablarını əldə edib, oxumaq qərarına gəldim. Açığı bəyəndim desəm yalan olar. Başda əyləncəli gəlmişdi, hətta güldüyüm yerləri xatırlayıram amma çox aqresiya var və bir o qədər də yemək Artıq son səhifələri yemək və kafe adlarını keçirdim, çox sıxıcı gəlirdi. Özünə cəmiyyətə, sistemə o qədər aqresiyası var ki, yəni çox təəccüblüdür.
18,6 sm
18,6 smSeymur Baycan · Qanun Nəşriyyatı · 202119 okunma
320 syf.
6/10 puan verdi
·
33 saatte okudu
Deməli belə;
Ərəblərin ilk seks kitabı Kitabda qeyri-adi məlumatlar, hekayələr mövcuddur. Oxuyarkən düşündüm ki, ya müəllif qadındır (təbib qadın ola bilər), ya da müəllif bir qadınla bərabər yazıb kitabı. Çünki qadınlarla bağlı kifayət qədər məlumat vardı, hətta xalq təbabəti xüsusi yer tutur. Hətta kitabda homoseksuallıq belə mövcuddur. Böyük ehtimal ki, ad müəllifin öz adı deyil, çünki başqa kitabları yaxud başqa məlumatlar tapılmayıb. Kitabı isə fransız bir zabit tapıb və tərcümə edib. Hətta bəzi yerlərini tərcümə etməyəcəyini bildirib, pedofilliklə bağlı hisslərinin dərc etməkdən imtina edib. Kitab əslində birazca kişiləri hədəf almış və qadınları razı salmağın vəzifələri olduğunu vurğulamışdır. Xüsusilə təhlükəli olduğumuzu vurğulayır
Bahname: Itırlı Bahçe
Bahname: Itırlı BahçeŞeyh Muhammed El Nefzavi · Chiviyazıları Yayınları · 2002118 okunma
112 syf.
9/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Deməli belə,
Kitabı 2 il öncə oxumuşdum, təkrar oxudum və eyni stuasiya ilə ayrıldım. Kitabı çox bəyındim, ümumiyyətlə fikirlərin 95%-i ilə razılaşdım. Sadəcə olaraq bir fikirlə uyğunlaşmağım mümkün olmadı. Kitabın yazılma tarixini nəzərə alsaq tamamilə normal olduğunu düşünürəm. Kitab, gənc və yaşlı bir adamın dialoqlarından, fikir mübadiləsindən ibarətdir. Yanaşmalar çox qəşəng, gətirdiyi arqumentlər çox qəşəng idi. Oxumağı mütləq ki, tövsiyyə edirəm.
İnsan Nedir?
İnsan Nedir?Mark Twain · Kızıl Panda Yayınlar · 202115,1bin okunma
124 syf.
9/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Deməli belə,
Bəzi obrazlar var çox sevilir, özünü tapırsan. Kitabı ilk əlimə alanda Daniyal üçün bunu hiss etmişdim. Çox üzdü məni, çox təsirləndirdi. Spoiler vermək niyyətində deyiləm əslində, sadəcə olaraq bəzi səhnələri təsvir etmək mənə də ağır gəldi. Sancılı insanlar daha təsirli daha ağır yazır deyə düşünürəm Mustafa Məstur da kifayət qədər ağrılı sancılı insan olub. Psixiatr mərkəzində keçən hadisələri bir obraz, İbrahim obrazı tərəfindən izləyirik. Ağrı və unuda bilmədiyi qadını olan İbrahim...
Mən Sərçə Deyiləm
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202112 okunma
304 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Deməli belə;
Cənubi azərbaycanlılarından olan Saedi, XX əsr İran ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Əziyyətli, faciəli, ürəkağrıdan bir həyata sahib biri. Siyasi görüşlərinə görə dəfələrlə həbs olunub, işgəncələrə məruz qalmış, öz vətənindən qaçmaq məcburiyyəti və dəfələrlə intihara cəhdləri... Müəllifin özü haqqında dediyi bir ifadəni paylaşacam sizlərlə; Hər işi başlayarkən istəmişəm ki, onu tez bitirim, ondan tez xilas olum. Bir hamilə qadın kimi doğmağa tələsmişəm. Elə bu səbəbdən də həmişə ölü uşaq doğmuşam! "Bəyəl əzadarları"ndan danışım biraz. Kitabdan 8 hekayə var, onların hər biri Bəyəl kəndində və onun ətrafındakı bir neçə kənddə keçir. Demək olar ki, hekayələrin hamısı metaforlarla zəngindir. Bildiyim qədəriylə kitaba film də çəkilmişdir. Kitabı farscadan tərcümə edən
Ariz Tarverdiyev
Ariz Tarverdiyev
xüsusi təşəkkürümü bildirirəm, bütün suallarımı təmkinlə cavablandırdığı üçün. Davam edəcəyim yazıçılardan oldu.
Bəyəl Əzadarları
Bəyəl ƏzadarlarıGulam Hüseyin Saedi · Parlaq İmzalar Nəşriyyatı · 2020187 okunma
543 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Deməli belə,
Deyirlər, dünyanı SEVGİ xilas edəcək. Məncə sonuna qədər haqlıdırlar. Sevginin olduğu yerdə bitkilər də, heyvanlar da və ən əsası insanlar da hüzur, xoşbəxtlik tapar deyə deşünürəm. İçinizdəki "MƏN"i qoruyun, özünüzü sevin, ətrafınızdakılara sevgi göstərin. 150 seriyalı qatilin siyahısının yer aldığı kitab, dedektiv, seriyalı qatil,
Nasıl Seri Katil Oldular
Nasıl Seri Katil OldularJack Rosewood · Yakamoz Yayınevi · 2021230 okunma
312 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Furuğ qəlbimi qazanan, özünə heyran edən qadın! Üsyanıyla, sevgisiylə, ehtirasıyla, azadlığıyla aşiq olduğum qadın! Şərqin, Şərqə üsyanı ilə baş qaldıran qadın! Yaxşı ki, yolumuz kəsişib. İz qoydun məndə, səbəb olduğun insan kimi!
Rüzgâr Bizi Götürecek
Rüzgâr Bizi GötürecekFuruğ Ferruhzad · Yapı Kredi Yayınları · 20231,665 okunma
120 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İki Gözüm
Kitabı oxuyarkən ancaq bunu düşündüm, bu naif insanı niyə bu qədər üzüblər, incidiblər. Bütün kitablarında Sadiq Hidayət çox sadəlöv, incəruhlu biri kimi qalıb ağlımda. Amma "İncili top"da o qədər aqresiya var ki... Kitab müəllifin son kitabıdır. Öz dostuna yazdığı məktub da, bu kitabın yaşadığı müddətcə çıxacağına inanmadığını deyir. Həqiqətən, yaşadığı müddətdə çıxmır, hətta indi də İranda bu kitab qadağan olunmuş kitablar siyahısındadır. Kitabda satira və fantastikanın qarışıqlığı ilə birlikdə siyasi və dini görüşləri yer alıb. Ərəblərə, İslamın "təbliği"nə olan aqresiyası onun heç də rahat olmadığının göstəricisidir. Bunlara dözə bilmədiyinin göstəricisidir
İncili Top
İncili TopSadık Hidayet · Saltokur Yayınları · 20228 okunma