Ağıllı insan hər bir şeydə özü üçün bir fayda tapa bilər. İnkişafı üçün ibrət ala bilməyəcəyi bir iş belə yoxdur... Bir sözlə, ağıllı insan sanki toxunduğu hər bir şeyi qızıla çevirə bilən sehrli bir çubuğa malikdir. Bu sehrli çubuq yalnız və yalnız güclü mənəviyyata malik olan insanın həyata olan müsbət baxış tərzidir.