İnsanların cahiliyyətini çox yaxşı göstərən dəyərli bir kitab. Bu kitabda insanların cahiliyyətini və nadanlığını birdən birə kor olmaqla göstərir. Bütün insanların kor olması və nəticədə baş verən hadisələr oxucunu çox təəccübləndirir. Bu proses göstərir ki insanların cahilliyinin sonu necə bir faciələr yarada bilər. Həmçinin, öncədən bu kitabın bir hissəsini paylaşıb dediyim kimi, kitabda göstərilir ki bizim əsas ehtiyaclarımız ortaya gəldikdə, bəzilərimiz necədə vicdansız olub sadəcə öz ehtiyaclarımızı yerinə yetirməyə çalışırıq. Və daha maraqlısı budur ki bu romanda sadəcə bir qadın kor olmur və bu oxucunun baxışından asılıdır ki onu hansı insanların nümayəndəsi kimi görə.
Kitabın arxasında kitabı bucür ifadə etmişdilər:
Korluq, bir afətə düçar olan cəmiyyətin nağılıdır. Bu afət, zahirdə insanların gözünün kor olmasıdır ki bir nəfərdən başlayır və yavaş yavaş bütün cəmiyyətə yayılır. Yazarın dediyi korluq, mənəvi korluqdur. Bəlkədə yazarın bütün sözünü bu cümlədə xülasə etmək olar ki görə bilən bir qadından qeyd olunur: "Biz kor olmamışıq, koruq. Gözləri olan amma görə bilməyən korlar!"