Aytac Muradlı

332 syf.
·
Puan vermedi
·
15 günde okudu
Kitabı bitirdikdən sonra özümə verdiyim ilk sual “Mən nə oxudum?” oldu. İnsan həyatının necə məhv oluduğunun, daha dəqiq desək insanın həyatını öz əllərilə necə məhv etməsinin şahidi olduq bu kitabda. Talehi ilə qumar oynarmış kimi oynamağın nəticəsini gördük. Mənə görə yazıçı bu əsərində hər şeyin öz əlimizdə olduğunu göstərməyə çalışıb. Əsas sürət olan Firdovsi dəfələrlə etdiyi səhvi düzəldə bilər, sonrakı həyatını daha hür yaşaya bilərdi. Lakin hər dəfəsində onun önündə açılmış cığırlardan yanlış olanı seçir. Və etdiyi səhvlərin nəticəsi onun həyatı ilə ödədilir. Həmçinin kitabda bir insanın başqa birinin həyatına təsirini, bu həyatı alt-üst etməsini də görürük. Kitabın arxa hissəsində də yazıldığı kimi “Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib”. Lakin kitabdakı obraklardan biri olan “Qanbay Qasımlı”nın simasında da əsl xəfiyyə necə olar sualına cavab tapırıq. Yoldaşının bir neçə dəqiqəlik telefon danışığından cinayət səhnəsini ağlında canlandıran bir cinayət-axtarış eksperti. Bir çox insan Elxan Elatlı qələmini sevməsə də, kitabda insan həyatının necə bədbəxt olması göz önünə gətirilsə də dedektiv sevərlər üçün maraqlı bir mövzu olacağını düşünürəm.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0857 okunma
Reklam
226 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Yeni il ərəfəsi olmasa da Gəncədə yağan qarın abu havasını nəzərə alaraq oxumaq üçün uyğun vaxtdır deyə düşündüm. (Siz, siz olun, Yeni il ərəfəsi oxuyun). Yazar haqqında öncədə müsbət rəylər çox eşitsəm də, ilk tanışlığım idi. Mənə görə olduqca maraqlı kitab oldu. Bir az “nifrətdən doğan eşq” deyimini xatırlatdı. Amma tez- tez rastlaşdığımız kimi sevginin bütün çətinliklərə sinə gərdiyini bir daha görürük bu kitabda da. Yüngül kitab idi fikrimcə. Oxumasaz heç nə itirməyəcəksiz təbii ki. Yenə də vaxtınızı maraqlı keçirmək üçün yaxşı kitabdır. :)
Kar Tanelerinin Bir Bildiği Var
Kar Tanelerinin Bir Bildiği VarDebbie Macomber · Novella Yayınları · 20141,583 okunma
412 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Sağlığında "Sahil əməliyyatı", "Brilyant məsələsi", "Qara Volqa", "Şəhər yatarkən" adlı cəmi dörd kitabı çap olunub və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda dedektiv üslubun yaradıcısı haqqını qazanıb. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni sirli oğru aləmindən, milisin oğrularla mübarizəsindən bəhs edən "Qara Volqa"dır. “Qara Volqa" romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı "Brilliant məsələsi" romanının davamıdır. Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Onu da deyim ki, sovet dövründə bu kitab çapından az sonra qadağan olunub, kitabxanalardan, evlərdən yığışdırılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Nəhayət, müstəqillik dövründən sonra "Qara Volqa" yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verilib. 1994-cü ildə onun əsəri əsasında "Qara Volqa" filmi ekranlaşdırılıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub.
Qara Volqa
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993256 okunma

Okur Takip Önerileri

Tümünü Gör
83 syf.
10/10 puan verdi
·
6 günde okudu
Stefan Zweig, çok geniş bir psikoloji birikimini uğraşında bütünüyle kullanmış ender yazarlardandır. Onun dünya edebiyatında bir biyografi yazarı olarak kazandığı haklı ünün temelinde de bu özelliği, yanı yazarlığının yanı sıra çok usta bir psikolog olması yatar. Başta "Erasmus", "Montaigne", “Marie-Antoinette" ve
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020238,7bin okunma
264 syf.
9/10 puan verdi
·
5 günde okudu
#13 səbəb Kitab yazarın, Jay Ahser’in ilk kitabıdır. İlk olmağına baxmayaraq yazıçı üçün olduqca uğurlu bir kitab olmuşdur. Kitabın yazı dili olduqca axıcıdır. Əgər işlərinizin az olduğu bir gündə oxusaz elə həmin gün bitirə bilərsiz. Kitabda gənc qızın intiharına səbəb olan amilləri qızın öz dilindən eşidir, onun gözlərindən görürük. Hanna Bayker, həmin qız və əsərin baş roludur. Hanna intiharına səbəb olan 13 hadisəni 7 kasetdə birləşdirərək səs yazısı olaraq lentə almışdır. Bu səbəblərdən biri də Kley Censedir. Kasetlərin ilk öncə ona səhvən gəldiyi və özünün heç bir günahının olmadığını düşünən Kley həm öz günahının, həm də Hannanın intihar səbəbinin nə olduğunu bilmək üçün kasetlərə bir-bir qulaq asmalı olur. Və kasetlərə qulaq asdıqca vaxtilə tanıdığı, “yaxşı insan” olaraq bildiyi adamların gerçək üzlərini, əslində necə birisi olduqlarını anlayır. Lakin, həmin şəxlərin bəziləri üçün bu hadisələr, etdikləri hərəkətlər intihara səbəb olacaq səviyyədə deyildi. Onlar anlaya bilmirdilər ki, həyatla bağlarını yavaş-yavaş qoparan bir qızcığaz üçün o hərəkətlər adi, “cüzi” hərəkətlər deyil. Bu kitab haqqında rəy bildirən bəzi məşhurlar və s.(həmin şəxlərin adları və rəyləri kitabın əvvəlində verilib) kitabı “ərgən” yəni yeniyetmə kitabı adlandırsa da mən heç də belə düşünmürəm. Kitab yeniyetmələrlə yanaşı valideynlərin də oxumalı olduğu bir kitabdır mənə görə. Bu kitabla artıq intihar etmək istəyən insanı o saniyə anlayacaqsız demirəm. Amma anlamağınız üçün müəyyən rol oynayacaqdır.
13 Səbəb
13 SəbəbJay Asher · Yay Nəşriyyatı · 20183,629 okunma
Reklam