Gönderi

Əgər səmada hər şey güzgüdəki kimi əks olunsaydı, nə yaxşı olardı. Onda səmaya baxar, bir-birimizi görərdik. Onda hamımız bir-birimizi tanıyar, bir-birimizlə dostlaşardıq... Bütün aləmlə tanış olardım, yer üzündə yaşayan bütün adamlar da məni tanıyardılar. Əgər səma güzgü olsaydı, yaxşı olardı... Çoxlu ölkə görərdim, bütün ölkələri. hamı da bizim ölkəni görərdi. Və onda, yəqin, daha müharibə olmazdı, çünki adamlar başa düşərdilər ki, onlar bəzən bir-biri barədə fikirləşdikləri qədər də pis deyillər. Görərdilər ki, dünyada yaxşı şeylər çoxdur. Əgər səma güzgü olsaydı, onda görərdik ki, kimisinin günü ağırdır, kimisininki isə asan, kef... Və günü xoş keçənlər əziyyət çəkənlərə kömək edərdilər... Hə, əgər səma güzgü olsaydı...
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.