Gönderi

574 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab İcmalı
– Bilirsən nə fikirləşirəm, Lizel? Sən heç oğru-filan deyilsən. O xala özü səni içəri buraxır. İlahi sənə hətta heç peçenye də verdi. Məncə bu oğurluq deyil. Oğurluq edən – hərbçilərdir. Onlar sənin, mənim atamı aparırlar! Bu sitat kitabın baş qəhrəmanının qəhrəmanlarından biri olan Rudi Ştaynerin dilindəndir. Onun 14 yaşı var. Onların atalarını müharibəyə aparıblar. Özü isə Hitleryugendəki dərslərindən imtina edib. Bəli, söhbət İkinci dünya müharibəsi illərində Almaniyada baş verən hadisələr əsasında keçir. Əsərin möhtəşəmliyi də bir tərəfdən müharibəni kasıb bir ailəyə necə təsir etdiyini geniş və əhatəli göstərməsindən qaynaqlanır deyə düşünürəm. Üstəlik əsərin baş qəhrəmanı olan Lizel Meminger öz ana və qardaşını itirib. Himmel küçəsində yaşayan Roza və Hans cütlüyünün övladlığı olaraq əsərimizə başlayır. Daha sonra Molkingin kasıb küçələrindən arealı genişləndirən müəllif, varlı evlərlə kasıb küçələrin fərqini izah edir. Bunu da özünəməxsus şəkildə, baş qəhrəmanının gözləri və hissləri ilə. Lizelin anası Roza insanların paltarlarını yumaqla məşğuldur. Bəli, indi belə bir peşə yoxdur. Çünki Roza Haberman əvəzinə çoxunun evində paltaryuyan var. Yuyulan paltarları isə Lizel ilə birgə evlərə təhvil verir. Əsərin gizli qəhrəmanı olan Hans Huberman isə, birinci dünya müharibəsindən yəhudi dostunun köməyi sağ qalan, rəngsaz, itirdiyi dostunun akkordeonunu çalması ilə şəhərdə tanınan bir adamdır. Bir atanın övladı ilə qura biləcəyi bağı və balansı necə saxlaya biləcəyəni əyani şəkildə oxucularına ötürür. Roza nə qədər acıdil olsa da, ona hər hansı kobudluq etməyi ağlından belə keçirmir. Əksinə qızının anadan inciməməsi üçün əlindən gələni edir. Bəli, mövzu Hitler olar, içində yəhudi olmasın? Abusrddur. Burada qonağımız Maks yəhudiləri təmsilən bizimlədir. Onun düşüncə tərzi, insanlara olan yanaşması, həyat əzmi hələ heç nəyin bitmədiyini xatırladır. Onun yaşadıqladını oxuyanda (spoiler olmasın deyə, nələr olduğunu yazmıram) özümü düşündüm. İndiki şəraitdə biz çox tez ruhdan düşür, çox tez təslim oluruq. Ancaq Maks dəmir iradəsi ilə bizə öz dərsini verir. Əsərdə faşist fəaliyyətləri çox məntiqsiz kimi təqdim olunur. Bir tərəfdən həqiqətən məntiqsizdir. Ən acınacaqlı mənzərələrdən biri də, kütləvi tədbirlər şəklində kitabların yandırılmasıdır. Bəli, onlar özlərinə zidd olan ədəbiyyatları yox edirdilər. Necə ki, sovet hökuməti eyni şeyi edirdi. Sadəcə olaraq Corc Orvel faşist Almaniyasında olmamışdı deyə bundan çox adamın xəbəri yoxdur. Yuxarıda qeyd etmişdim ki, əsərin əsas hissəsi, kasıb insanların həyatları çərçivəsində davam edir. Burada isə yəhudilərə qarşı hansısa seçici kin yoxdur. Hans Huberman belə, bu düşmənçiliyin məntiqsiz olduğu inancındadır. Biz o dövrün Almaniyasını düşünəndə isə bütün almanların faşist olduğunu düşünürük. Müəllif bu mənada sa bizi yanıldır. Əsərin ən canalıcı hissəsi isə, əsərin sonudur. Bəlkə növbəti əsər elə burdan başlaya bilərdi. Ancaq çox fərqli və maraqlı, eyni zamanda ürəksıxan sonluqla bitir. Müəllif özü bəzən bəsi spoilerlər verir. Əsərin oxunacağından əmindir. Bu riskə gedib, addım atmasına sadəcə heyran oldum. Bəli yuxarıda ancaq əsəri bəyəndiyimi sizə də oxumağı tövsiyə etdiyimi hiss edirsiniz yəginki. Əsər də yox, amma kitabda bəyənmədiyim yeganə fakt əsərin Azərbaycan dilinə bərbad tərcüməsidir. Bir çox ifadələr yersiz uyğunlaşdırılmışdı. Müəllif sanki sona 80-ə yaxın səhifə qalanda sonluğu verməyə tələsirmiş kimi hiss elədim. Sonra başa düşdüm ki, əslində mən əsərin bitməyini istəmirəm. 591 səhifə olsa belə. Əsəri oxumaq üçün 4 səbəb: – Əlinizdə nə qədər gözəl şansların olduğunu, onları görməzdən gəldiyinizi görəcəksiniz. – Sevdiyiniz insanlara zaman ayırın, onları sevdiyinizi zamanında bildirin, yoxsa cəsədlərinə bunu demək məcburiyyətində qala bilərsiniz. – Bütün insanlar eyni deyil, sizə yardım edəcək, Hans Hubermanlar, İlza Hermanlar, Aleks Ştaynerlər hər zaman var. Sadəcə olaraq adları və yerləri fərqlidir. Pis insanlarla qarşılaşmağınız, “dünyada ancaq pis insanlar var!” nəticəsinə gəlməyə əsas deyil. Təxəyyülünüzü inkişaf etdirəcək şəkildə axıcı hekayələrlə tanış olacaqsınız. Bir az da yazsam spoiler verərəm deyə narahatam. Ona görə blogu burada bitirirəm. Siz də kitabı oxuduqdan sonra birlikdə müzakirə edə bilərik. Kitab maraqlı ola bilər. Ancaq siz öncə sevdiklərinizə vaxt ayırın.
Kitap Hırsızı
Kitap HırsızıMarkus Zusak · Martı Kitabevi · 201212,6bin okunma
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.