Gönderi

Qəhvə zibil dadırdı. Bu içkinin fəlsəfəsini hələ də anlaya bilməmişdi. Bəlkə də, bu içkinin, ümumiyyətlə, fəlsəfəsi yox idi, ancaq yaxın dostu həmişə deyərdi: Qəhvə içki sayılacaq qədər aciz deyil, qəhvə ətirdir, qəhvə məşuqədir. Kimləsə qarşılıqlı qəhvə içəndə sən içkinə “xəyanət” edirsən, çünki ən azı bir nəfər sənlə qəhvənin arasına girir, sizin ikili münasibətinizi üçbucağa çevirir. Ölümcül üçbucağa. Ona görə də, əgər rastınıza qəhvə həvəskarı olub Starbucks görəndə məşuqəsini xatırlayan adamlar çıxsa, onlardan uzaq qaçın. Axı onlar məşuqələrinə də xəyanət edirlər…
·
77 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.