Aybəniz

Aybəniz
@ibaaniz
sadəcə kitablarımın olduğu dünya.
sevgi- həyatda əsasdır, insan yalnız məhəbbətdə varlığın səadətini duya bilir.
Sayfa 136Kitabı okudu
Reklam
Əgər, həqiqətən də, itirilmiş cənnət mövcuddursa, bu gün içimi dolduran o sezilməyən, zərif, qeyri-insani hissə hansı ad vermək lazım olduğunu bilirəm. Sərgərdan evinə qayıdır. Mən - mənsə xatirələrə dalıram. İstehza, tərslik - hamısı susur və budur, mən yenidən evdəyəm. Xoşbəxtlikdən danışmayacağam. Hər şey daha sadə və asandır. Çünki dalğınlığın dərinliyindən qaytara bildiyim saatlarda yaddaş əbədiyyətdə itib-batmayan yalnız bir həqiqi hissi, bir anı qoruyub saxlayır. Məndə həqiqi olan yalnız budur və mən bu həqiqətə çox gec vardım. Biz bitməsi lazım olan yerdə budaq atmış ağac növünü, hərəkət çevikliyini sevirik. Və bu sevgini yenidən oyatmaq üçün azacıq bir şey, məsələn, qapısı uzun müddət bağlı qalmış otağın havası və ya yoldan ötən tanış addımlar yetərlidir. Mənimlə də belədir. Və əgər onda mən vəcdi sevirdimsə, deməli, özümə sadiqdim, çünki yalnız sevgi bizi özümüzə qaytarır.
sevincdən kədər yaxşıdır, çünki ürək sevinəndə də kədərlidir.

Okur Takip Önerileri

Tümünü Gör
"İndi ki, mən məktəb elminin öhdəsindən gələ bilmirəm, - Vinsent öz-özünə fikirləşirdi, - bu o deməkdirmi ki, mən faydasız, xeyirsiz adamam? Məgər Allaha məhəbbətlə ancaq yunan və latın dillərimi bağlıdır?".
bəzən belə şey olur..zaman bir anlığa donub yerində qalır.
Sayfa 122Kitabı okudu
Reklam
Reklam
61 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.