Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Atomik Vərdişlər

James Clear

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
10/10 puan verdi
James clear - atomic habits (atomik vərdişlır) kitabı
Vərdişi ilgəliyi - 1)arzu 2)reaksiya 3)mükafat 4)stimul Vərdişlərin formalaşdırılnasında dörd mərhələsini əks-əlaqə dairəsinin köməyi ilə təsvir etməy olar. Onlar həyatımızın hər anında yerinə yetirilən nəhayətsiz sikl formalaşdırır.
Atomik Vərdişlər
Atomik Vərdişlər
James Clear
James Clear
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
Reklam
264 syf.
9/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Bir vərdişə sahib olduqdan sonra sıradaki günlər o vərdişi daim təkmilləşdirməli və üzərinə yeniliklər gətirməliyik. Bir vərdişə bir ayada sahib ola bilərik, bir ilədə. Önəmli olan o vərdişi nə qədər çox təkrarladığımızdır. Bu kitab bizə necə vərdiş qazana biləcəyimizi, özümüzü necə təkmilləşdirə biləcəyimizi öyrədir. Bunu edərkəndə fərqli insanların həyatından nümunələr verir. Kiçik dəyişikliklər edərək yeni vərdişlər qazana bilməyimizdə bizə bələdçilik edir. Kitabı uzun zamandır görürdüm və bir gün oxuyaram deyə hər dəfə ərtələyirdim. Bu gün bitirdim və yaxşıkidə oxudum deyirəm. Kitab sayəsində bir çox yeniliklər öyrəndim. Öyrəndiyim yenilikləridə hazırda həyatımda tətbiq edirəm. Bir müddət sonra nəticəsini görəcəyimə əminəm. Həmçinin kitab sayəsində bir baxımada fərqindəlik qazandım. Bunu deməsəm olmazdı.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
264 syf.
·
Puan vermedi
·
36 günde okudu
Həyatın vərdiş və ənənələri cəmiyyətdə bizi müşayiət edir. - Mişel de Monte “Biz daha erkən vərdişlərimizi seçmir, onları yamsılayırıq. Dostlar və ailənin, kilsə və məktəbin, yerli icma və ümumilikdə cəmiyyətin qoyduğu ssenarini izləyirik. Bu mühit və qrupların hər birinin öz gözləntilər dəsti və standartları var: nə vaxt ərə getməli, bunu etmək
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
263 syf.
10/10 puan verdi
·
19 günde okudu
Kiçik dəyişikliklər, diqqətəlayiq nəticələr.
Oxuyacaqlar listimdə olan "Atomik vərdişlər" kitabını bitirdim. Kitabla bağlı ilk təsüratım yaxşı oldu. İlk öncə onu demək istəyirəm ki, kitabda bir çox uğurlu insanların əldə etdiyi vərdişlər və bu vərdişlər əsasında iş həyatlarında necə uğur əldə etdikləri qeyd olunub. Vərdişlər necə işləyir--- Stimul, Arzu, Reaksiya,Mükafat. Məhz elə bu sistem əsasında işləyir. Kitab mənə vərdişlərlə bağlı çox şeylər qatdı. İlk öncə edəcəyim vərdişi nəzərə çarpma, cəlbedici etmək, sadəlik qatmaq, qane olmaq.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
Reklam
264 syf.
9/10 puan verdi
·
8 günde okudu
Kiçik dəyişikliklər - böyük nəticələr
Uzunmüddətli nəticələrə nail olmağın sirri daim daha yaxşı olmağa çalışmaqdadır. Heç vaxt dayanmamalıyıq. Bəzən etdiyimiz kiçik bir dəyişiklik bizə əhəmiyyətsiz görünə bilər. Ancaq davam etdikdə bir müddətdən sonra həqiqətən də xeyrini görəcəyik. Kitabın əsas məqsədi kiçik dəyişikliklər edib, faydalı vərdişlər yaradıb, zərərli vərdişlərdən azad olmaqla həyatımızı yaxşılaşdırmağa yol göstərməkdir. Yazıçı uğura nail olan insanların həyat hekayələrindən də bəhs edir. Həmin insanların kiçik dəyişikliklər edərək necə uğur qazanmaqlarından, böyük nəticələr əldə etmələrindən danışır. Kitabdan çox şey öyrəndiyimi deyə bilərəm. Məncə hər kəs üçün lazımlı, faydalı bir kitabdır. Bu kitabı oxumamışdan əvvəl vərdişlərimi formalaşdıra, etdiyim kiçik dəyişikliklərin heç bir faydası olacağına inanmırdım və tez ruhdan düşür, davam etdirə bilmirdim. İnanıram ki öyrəndiklərimi tətbiq edə biləcəm və mənə çox köməyi olacaq.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
264 syf.
8/10 puan verdi
·
Beğendi
·
107 günde okudu
Atomik Vərdişlər.
İçində yazılanları həyatında tətbiq etmədən yanından ayırmamalı olduğun kitab. İndividual olaraq görünməz olan atomların bir araya gəlib gözümüzlə gördüyümüz, görmədiyimiz hər şeyi var etməsi prinsipi günlük həyata, vərdişlərə necə tətbiq oluna bilər? Cavabı kitabda çox konkret və aydın şəkildə verilib. Şiddətlə tövsiyə edirəm.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
264 syf.
8/10 puan verdi
Deməli bu gün sizə "Atomik Vərdişlər" kitabı haqqında danışacam. Normalda şəxsi inkişaf kitabları oxumağı çox sevməsəm də düşünürəm ki, kitab öz janrının ən yaxşılarındandır.James Clear kitabda həyatımız üçün önəmli olan kiçik vərdişlərdən, o vərdişləri necə yaradıb davamlı edə bilməyimiz haqqında məlumat verir. Bu zaman həm şəxsi təcrübələrindən, həm də müxtəlif sahələr üzrə elm adamlarının, məşhurların üsullarından yazmışdır. Kitabı oxuyarkən həm yeni şeylər öyrəndim, həm də özümü kəşf etdim. Sən demə elə mən özüm də bəzi işlərimdə "atomik vərdişlər" yaratmışam) Hər hansısa bir sahədə uğurlu olmaq üçün faydalı vərdişlər formalaşdırmaq istəyirsizsə oxumağınızı tövsiyə edirəm.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Kiçik dəyişikliklər,böyük nəticələr.
Kitabla tanışlığım keçən ilin sonlarında olsa da,yeni ilin ilk ayı oxumağa qərar verdim,kitabda da yazıldığı kimi yeni qərarlar vermək üçün münasib vaxtdır.Bu adı ilə bütünləşmiş bir kitabdır.Beynində bir sual yaranır və dərhal sonrakı sətirlərdə və ya səhifədə yazıçı həmin sualı cavablayır.Oxuduqca özümə plan hazırladım,gündəlik tutdum,yeni vərdişlər qazandım ən önəmlisi məndə davamlılıq yarandı,bəzi şeyləri dərindən düşündüm.Minnətdarlıq termini həyatıma daxil oldu.Ən dibdə hiss etdiyim,ən çətin zamanda özümü toparlamağa,yeni rituallar yaratmağıma təkan verdi. Kitabı bitirməyimə baxmayaraq hər zaman masamın üzərində olacaq.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
Reklam
264 syf.
6/10 puan verdi
·
Beğendi
Bestseller!!!
Uzunmüddətli inkişafı özündə ehtiva edən, vərdişi doğuran stimulları nəzərəçarpacaq dərəcədə göstərən həmin o bestseller... Oxuduqca gündəlik həyatdakı təcrübələrimizin göz önündə olduğunu və mütərəqqi taktikaların həyatımızdakı rolunu daha dərindən dərk edirik. Hər gün 1% artım anlayışı ilə başlayaraq ilin sonunda tam 37 dəfə daha yaxşı nailiyyətə müvəffəq olmağımız işin ən sirli açarıdır. James Clear'a görə nailiyyətlər təxirə salınmış vərdişlərin proyeksiyasını təmin edir. Vərdişin nəticəsi qısa müddət ərzində ərsəyə gəlməmiş kimi görünsə də davamlı halda öz təsdiqini taparaq real şəkildə püxtələşir. Bu səbəbdən bir vərdişi az etmək etməməkdən daha doğrudur. Son olaraq bildirə bilərik ki, hazırkı vəziyyətdə həzz almamağınız, gələcəkdə daha çox nəticələrlə mükafatı əldə etməyinizə işarədir. Başqa sözlə, "Yaxşı vərdişlərin itkisi bu günə, pis vərdişlərin itkisi isə gələcəyə aiddir."
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
Gələcəyə atılan xoşbəxt addımlar
Kitabın ön sözünü oxumadan almaq heç vaxt etməyəcəyim bir şey idi.Ama bu kitabın adı belə oxumağım üçün məndə bir həvəs yaratdı.Sizə başlıca fikri deyə bilərəm ki, "balaca addımlar böyük nəticələr".Siz əgər "indiyədək etməmişəm indidən belə nə fayda" deyirsinizsə,bu kitabı oxumağınızı şiddətlə tövsiyə edirem.Umutmayın ki gələcək bu gündən başlıyır.
Atomik Vərdişlər
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202110,5bin okunma
352 syf.
·
Puan vermedi
·
34 günde okudu
Ben bu kitabı depremin ardından okumaya başlamıştım. Evimizde pek bir hasar olmamasına rağmen geçmeye korktuğumuzdan, yanıma önemli eşyaları aldığım çantamın içine bu kitabı da koyuyordum. Normalde hiç hoşlanmamama hatta ciddi anlamda sinirimi bozmasına rağmen bu kitabın köşesinde oluşan burkulmalar ve sayfaların istemsiz katlanmasından dolayı
Atomik Alışkanlıklar
Atomik AlışkanlıklarJames Clear · Pegasus Yayınları · 202210,5bin okunma
352 syf.
9/10 puan verdi
·
4 günde okudu
Küçük değişiklikler büyük sonuçlar doğurur!
“Davranış değişikliği süreci her zaman farkındalıkla başlar. Alışkanlıklarınızı değiştirmeden önce onların farkında olmalısınız” (s.71). Bugüne kadar kaçımız yaşamımızı sahip olduğumuz alışkanlıkların yönlendirdiğinin farkındadır? Hâlbuki yeme alışkanlıklarımızdan uyuma, spor yapma, televizyon izleme, sosyal medyada vakit geçirme, kitap okuma,
Atomik Alışkanlıklar
Atomik AlışkanlıklarJames Clear · Pegasus Yayınları · 202210,5bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.