Tolstoydan oxuduğum 5-ci kitabdır və mənə onun digər bütün romanlarının xülasəsi kimi göründü. Tolstoyun "İnsanı yaşadan nədir", "Etiraflarım" adlı əsərlərində olduğu kimi bu romanda da nə üçün yaşayırıq sualına cavab axtarılır. Romanda baş qəhrəmanı Nexyudovun həyat hekayəsi, Katyuşaya olan sevgisi, XIX əsr Çar Rusiyasında cəmiyyət həyatı, sosial münasibətlər, məhkəmlərdəki ədalətsizlik, kəndli və sahibkar münasibətləri, və s. yer alıb. Nexlydova görə cəmiyyətəki bütün əyriliklərin, ədalətsizliyimn əsasında insanların sinifi bərabərsizliyi dayanır. Hər kəs eyni hüquqlara malik olarsa, bir birlərinin səhvlərinin cəzalandırmaq yerinə bağışlamağı seçərsə o zaman həyat gözəl, və dünya yaşamağa dəyər bir yer olar. Nexlydova görə cəmiyyətdə pis və ya yaxşı bir insan yoxdur, hər kəsin yaşadığı həyat tərzi onun xarakterini formalaşdırır.
Tolsoyun əsərdə Rusiyada yaşanılan dinin həqiqi xristianlıqdan uzaq bir din olduğunu bildirir və kilsənin adətlərinin təhqir edir, onları mənasız absurd inanclar hesab edir. Din əleyhinə fikirlərinə görə kilsə tərəfindən aforiz edilsə də mənim fikrimcə, o, İncilə inanan həqiqi bir xristian idi və rahiblərin, keşişlərin. din xadimlərinin öz mənəfəətləri uğruna dində olmayan inancları təbliğ etmələrinə qarşı idi. Roman İncildən seçilmiş ayələrlə bitir : "İlahi səltənəti və onun həqiqətlərini axtarın, o zaman qalan şeylər sizə müyəssər olar. Ancaq biz əvvəlcə qalan şeyləri axtarırıq və aydındır ki tapmırıq".