10/2
Kitabı yarımçıq buraxdım, əvvəldə xoş səslənib məntiqlə üst-üstə düşsə də irəliləyən fəsillərdə kitabın qarşı cinsə qarşı aqressiya və kin yaratdığını gördüm. Yazarın heç bir əqidəyə əsaslanmaması, yazarın hər dindən bir səhv tapıb qadını lazım olmayacaq məqamlarda ucaltmasını doğru hesab etmirəm. Çünki qadın nə qədər zərif, incə, sevgi və lətafəti ilə dünyanı gözəlləşdirmə gücünə sahib olsa da bu bir reallıqdır ki, zəhəri ilandan da təhlükəlidir, emosional olduğu üçün tez aldanıb səhv yola düşmək ehtimalı da vardır əlbət. Və ən önəmlisi nəfsi istəkləri güclü bir qadın öz istəkləri naminə cazibəsi ilə aləmi günah və fəsada sürükləyə bilər. Qadın mövzusunun çox həssas olduğunu və eyni zamanda qadınların kişilərdən daha çox elm, özünü inkişaf və nəfs təzkiyəsi ilə məşğul olmalı olduğunu düşünürəm. Bu səbəbdən ki, hamımız bilirik ki, hər kişi idarə edilməyə məhkumdur, əvvəl anası daha sonra xanımı. Bu inkaredilməz bir faktdır. Qadın mövzusunu bu qədər xəfifə almayın..