Kamil İnsan

Murtaza Mutahhari

Öne Çıkan Kamil İnsan Gönderileri

Öne Çıkan Kamil İnsan kitaplarını, öne çıkan Kamil İnsan sözleri ve alıntılarını, öne çıkan Kamil İnsan yazarlarını, öne çıkan Kamil İnsan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Peyğəmbər buyurur ki, Allah hamınındır və mən iddia edə bilmərəm ki, O, xristianın, yəhudinin, zərdüştün və bütpərəstin də Allahı deyil, yalnız mənim Allahımdır. O, hamının Allahıdır və hamıya məxsusdur. İnsanın Ona mənsub olması, «mən» yaradaraq aralarda sərhəd çəkən məhdud şeyə bağlılığı kimi deyildir. O, mən və sənin bağlandığımız zaman çəkişmə və vuruşmalara səbəb olan pul deyil. O, elə bir həqiqətdir ki, eyni anda hamını özündə birləşdirə bilir. Gəlin hamımız «biz» olaq! Hansı yolla? Vahid iman, ideya və kəlmə – Allah kəlməsi və Ona iman vasitəsilə! Gəlin hamımız «biz» olaq, amma bundan əvvəl hamımız «o» olmalıyıq. Hamımız «o» olduqdan, yə᾽ni bu «mən»lər onun müqabilində yoxa çıxdıqdan və hamımız bir rəng – «o»nun rəngində olduqdan sonra «biz» ola bilərik. Bizim və sizin aramızda eyni və bərabər olan bir kəlməyə tərəf gəlin!
Hind fəlsəfəsinin əsası özünü tanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır. Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz «məhəbbət» məktəbi qoyun, istəyirsiniz də «tanışlıq və mə᾽rifət!»
Reklam
283 syf.
9/10 puan verdi
·
64 günde okudu
Kitab müxtəlif fəlsəfə məktəblərinin hər birinin kamil, üstün, fövqəl insan barəsindəki nəzərlərini açıqlayır, düzgün və yanlış tərəflərini qeyd edir, İslamın bu barədə nəzərlərini açıqlayır. Təkcə qərb filosoflarının fikirlərini yox, həm də öz, irfan məktəbinin də səhvlərini deməsi, xoşuma gəldi. Bəzi mətləblər ilə razı olmasam da, düzgün və dərindən izah edir. Gözəl kitab idi, fəlsəfə və üst insan nəzəriyyələri ilə maraqlanan hər bir kəsə tövsiyyə edirəm.
Kamil İnsan
Kamil İnsanMurtaza Mutahhari · Parlaq İmzalar · 0143 okunma
İslam Peyğəmbəri əgər hamının «biz» olması üçün ərəb dilini öyrənməsini təklif etsəydi, fars dili deyərdi ki, nə üçün ərəb dili? Gəlin hamımız fars dilini öyrənək. Fransalı deyərdi ki, nə üçün ərəb dili? Həmin dil fransız dili olsun. Ərəb dili hamının onda bərabər ola bilməsi mümkün olan şey deyil. Ərəb, fars, türk, fransız və s. dillərin hər biri bir xalqa məxsusdur. Bir çox digər şeylər də belədir. Amma hamının olan və heç kəsə məxsus olmayan həqiqət bizim Allahımızdır. Bəli, mütləq həqiqət, hamımızı və dünyanı yaradan və son dönüş nöqtəsi olan Allah hamınındır, gəlin Ona tərəf tələsək, təkcə Ona itaət edək və heç nəyi Ona şərik qoşmayaq.
Məşhur alman filosofu Niçe, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub, amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.
333 syf.
7/10 puan verdi
·
24 saatte okudu
Mürtəza'nın oxuduğum ilk kitabı oldu. Əsasən gözlədiyimdən biraz fərqli oldu. Nəzərə alsaq ki kitabın adı Kamil İnsandır. Bu zamanda bəlkə də biraz fərqlilik deməkdə doğru olmaz. Ümumi kitabı bəyəndim. Müxtəlif məktəblərin tərifini verib, daha sonra onların tənqid olunduğu mövzulardan bəhs edir Mütəhhəri. İslamı isə bu məktəblərin cəmi, lakin onların tənqid olunan mənfi tərəflərini almadığını qeyd edir. İslamı nöqteyi-nəzərdən baxsaq əslində Mütəhhərinin dediyində doğruluq var. Qatılmadığım hissələri də var. Allahın varlığının sonsuz olması, xristianların əqlə qarşı olması, heyvanların şüuru üzərinə kimi mövzularda Mütəhhəri ilə razılaşmadım.
Kamil İnsan
Kamil İnsanMurtaza Mutahhari · Parlaq İmzalar · 0143 okunma
Reklam
384 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.