Həkim bir daha müəyyən elədi: eşqin və vəbanın simptomları eynidir. Əsəblərini sakitləşdirmək üçün xəstəyə cökə çiçəyindən həlim içməyi məsləhət gördü, dərddən uzaqlaşıb ovunması üçün havasını dəyişməyi təklif etdi, amma Florentino Arisanın istədiyi bunların tam əksi idi: cəfanı duymaq.🌿