Kor Nöqtə

Naiq Babayev

Yorumlar ve İncelemeler

Tümünü Gör
248 syf.
7/10 puan verdi
Açığı, gözləntim tamam başqa idi, səbəbi də müəllif deyil, digər oxuyuculardı. Çox gözəl söz seçimləri var müəllifin bir çox yerlərdə. Amma parçalara böləndə o gözəlliyi görmək olur, bütöv halında kitab məndə yarımçıqlıü duyğusu oyandırdı. Əvvəla personajlar inandırıcı deyil, Şahmar və Firuz bir-birinin oxşarıdılar. "İkisinin xəmiri, ya
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202319 okunma
Reklam
248 syf.
9/10 puan verdi
·
13 günde okudu
Müasir Azərbaycan Ədəbiyyatı
İndiyə kimi oxuduğum müasir Azərbaycan Ədəbiyyatının ürəyiyuxa nəsri - sən, sadəcə gözəlsən! Romanda ağlı həm dabanının altında, həm də təpəsinin üstündə olan bir "küçə uşağı" ilə işinə həvəsi olmayan pedaqoq arasındakı münasibətlərdən bəhs edilir. Dağılmış ailənin övladı olan yeniyetmə əvvəl cibgir olsa da, sonradan daha kriminal
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202319 okunma
248 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
İnsanın qayıdacaq yeri olmalıdır
Tərk edilən bir uşağın həyatının ilham verən finalını, içində bir yerdə unudulan, hətta varlığından xəbərdar olunmayan yaxşılığın üzə çıxışını, öz həyatını tapmaq üçün sistemdən qaçan gəncin özünü tam o sistemin mərkəzində tapmasını, həyatdan qisas almaq üçün ağlasığmaz şeyləri gözə alan yeniyetməni, diblərdən ayağa qaldıran mizahı və ən əsası insanı öldürənin də, xilas edənin də elə insan olduğunu mövzu alan “Kor nöqtə” insanı sonsuz qarmaşa içində rəsm edir. Hislərimi elə Naiqin də ilhamlandığı, hətta xarakterinə – Holdenə də göndərmə elədiyi yazıçı Selincerin fikirlərindən yola çıxaraq ifadə edəcəm. Belə deyirdi: "Bir kitabı oxuyub bitirəndə bunu yazan kaş ki çox yaxın dostum olardı, ürəyim hər istəyəndə ona zəng edib danışa bilərdim deyirsənsə, o kitaq həqiqətən yaxşı alınıb". Mən bunu biraz fərqli şəkildə tətbiq edirəm oxuduqlarıma. Xarakterlərlə dostlaşmaq istəyirəm, onları tanımaq, onlarla söhbətləşmək keçir içimdən. Ona görə düşünürəm ki... İnsanın tanımalı olduğu xarakterlər olmalıdır. Mən tanıdım. Kitabı bitirəndə Şahmarla oturub çay içmək istədim. Biraz söhbətləşərdik, bəlkə dostlaşardıq, bəlkə bir-birimizə aşiq olardıq. Fərqi yoxdur. Hər versiyada həyatında olmaq istəyərdim. Qorxu ilə ümid, xəyal qırıqlıqları ilə başdan başlama istəyi, peşmanlıq ilə inam arasında gedib-gələrdik yenə. Amma günün sonunda bir-birimizin qayıdacaq yeri olardıq.
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202319 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.