Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leysanlara Düşdüm

Aydın Xırdalanlı

Leysanlara Düşdüm Hakkında

Leysanlara Düşdüm konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Haqq yoldan azıb nəbələd ünvanlara düşdüm, Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm. Zənnimcə, cəhənnəm odu etməz mənə təsir, Ondan da betər atəşi-hicranlara düşdüm. İslanmışa çox gəlmə hədə-qorxu yağışla, Məndən xəbər al, gör necə leysanlara düşdüm. Əvvəl ata sülbi, ana bətni və bu dünya, Hər dəfə cəza çəkməyə zindanlara düşdüm. Bir parça çörəkdən ötəri buğda misalı, Əzdi fələyin çərxi, dəyirmanlara düşdüm. Mən surətinin fikrinə daldıqca, ay üzlüm, Hər tazə ayın əvvəli nöqsanlara düşdüm. Aydın əlinə aldı qələm ta bu ümidlə, Bəlkə, sözə xatir dilə, dastanlara düşdüm
Tahmini Okuma Süresi: 2 sa. 16 dk.Sayfa Sayısı: 80Yayınevi: Parlaq İmzalar Nəşriyyatı
ISBN: 9789952525793Ülke: AzerbaijanDil: Azerice
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 42.6
Erkek% 57.4
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Aydın Xırdalanlı
Aydın XırdalanlıYazar · 1 kitap
Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub. Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinə azan verib. 1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.