Seçilmiş Əsərləri

Şeyh Sadi Şirazi

Öne Çıkan Seçilmiş Əsərləri Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri kitaplarını, öne çıkan Seçilmiş Əsərləri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri yazarlarını, öne çıkan Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Baharda dağlardan çağlayan sellər Ən möhkəm daşları sındırıb əzəг. Sonsuz sellər axır göz bulağımdan, Neçin daş qəlbinə eyləmir əsər?
Sayfa 373
Sən qonaq gələndə gecələr bizə, Dönür gecələrim aydın gündüzə. Deyirəm: şam sönsün, ay göydə batsın, Günəş qonaq gəlib məclisimizə.
Sayfa 371
Reklam
Ayıq başım sənin eşqində məstdir, Xoşdur məhəbbətin qəlbimə qəsdi. Sənsiz bu cahanı mən heç sanardım, Cahan olmasa da sən varsan, bəsdir.
Sayfa 376
Yazıq o qəlbə ki, nəğməni duymaz, Qəlbi daş olanlar sevgiyə uymaz. Eşqi duymayanlar nəğmə duyarmı?! Bir könül yanmasa tüstüsü çıxmaz.
Sayfa 374
Sındırsa qəlbini bir nadan əgər, Arif buna görə çəkməz qəm, kədər. Daş zərli kasanı sındırsa, daşın, Qiyməti artarmı, əksilərmi zər?!
Sayfa 378
GƏNCİN ŞİKAYƏTİ
Bir gənc bir qocaya hekayət etdi, Arvadın cövründən şikayət etdi. Dedi: dəyirmanın alt daşı kimi, Yüklüyəm, incidir arvad qəlbimi. Qoca söylədi ki, səbr et, ey cavan! Xəcalətli olmaz səbr edən insan. Alt daşı olsan da gündüzlər əgər, Üst daşı olursan uzun gecələr. Sənə xoş gəlirsə bir gül, bir çiçək, Gülşəndə tikanın cövrünü də çək. Sənə fayda verir ağacın barı, Onun tikanından incimə barı.
Sayfa 113
Reklam
89 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.