Seçilmiş Əsərləri

Şeyh Sadi Şirazi

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Görüşündü qəlbə rahət, gülüşündü afət, ey yar! Nə qədər gözəl var aldın hamıdan məlahət, ey yar! Hanı Çində öylə rəssam çəkə böylə incə surət, Sənə ilk baharmı vermiş bu qədər lətafət, ey yar! Sənin eşqin hər ürəkdə özünə tutanda bir yer, O könüldə hakim oldun, elədin xilafət, ey yar! Güzər eylə mərhəmətlə bizə sərv tək xuraman, Görək ay üzündə vardır nə qədər təravət, ey yar! Dedilər uzaq düşəndə olar hicrə səbrim, ancaq Görürəm ki, sevgi bilmir arada məsafət, ey yar! Edəsən ölümdə vədə əgər aşiqə, əminəm, Ölümə gedər ürəklə, eləyər cəsarət, ey yar!
Mən sənintək incə dilbər görmədim, Çox çiçək gördüm, belə tər görmədim Yox sənintək yer üzündə bir gözəl, Hüsnünə hurini bənzər görmədim. Ay sənə olmaz bərabər, ay gözəl, Gözlərin tək parlaq ülkər görmədim. Mən sənin ləlin kimi al-qırmızı, Bir dəyərli ləli, gövhər görmədim. Çox gözəl gördüm cahan mülkündə mən, Hüsnünə lakin bərabər görmədim.
Reklam
Xəbərin varmı ki, sənsiz mənim aramım yox, Ayrılıqdan, gözəlim, xoş keçən əyyamım yox. Vəsfini söyləyirəm hər zaman hər yerdə sənin, Təkcə sənsən, mələkim, başqa güləndamım yox. Meylim ancaq o qara xala nəzər salmaq idi, Tora düşdü bu könül, çıxmağa əncamım yox. Mənə düşmən kəsilə aləm əgər, nazlı nigar, Səndən ilham alıram, başqa bir ilhamım yox.
Hicran qəmini çəkən sağalmaz, Duymazsa ətir o gül yanaqdan.
Yüz mənzil uzaq salsa hicran məni canandan, Yar gözdən uzaq düşməz, könlümdür ona mənzil.
Canınçın, inan ki, vermərəm mən, Tək bir tükünə bütün cahanı...
Reklam
89 öğeden 91 ile 89 arasındakiler gösteriliyor.