Hüquq üzrə fəlsəfə doktoru, professor Ənvər Seyidovun qələmə aldığı bu əsərdə hadisələrin əvvəli 1966-cı illərə təsadüf edir. Orta təhsilini bitirib, universitetə imtahan verən gənc konkursa düşür. Uğursuzluğu onu Bakı şəhərinin xəstəxanalarından biri olan, əmisi Saleh Fərruxlunun işlədiyi Yel xəstəlikləri xəstəxanasına gətirib çıxarır. Hadisələrin başlanğıcı da oradan başlayır. Gənc oğlan müalicəyə gəlmiş özündən yaşlı ərli qadına vurulur. Onunla evlənmək istəsə də gözləmədiyi halda rədd cavabı alır. Hadisənin sonrakı inkişafı 20 ildən sonraya təsadüf edir.