Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəfər Tağı

Erich Maria Remarque

En Beğenilen Zəfər Tağı Gönderileri

En Beğenilen Zəfər Tağı kitaplarını, en beğenilen Zəfər Tağı sözleri ve alıntılarını, en beğenilen Zəfər Tağı yazarlarını, en beğenilen Zəfər Tağı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- İnsan nə üçün yaşayır, Ravik? - Elə bu haqda düşünmək üçün.
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014440 okunma
Reklam
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Alman yazıçısı olan Erich Maria Remarque əsərlərində Alman xalqının hər iki dünya müharibəsinin səbəbkarı olmasına baxmayaraq daxilində olan humanist’liyi bədii əsaslarla sübut edir. Remark sadəcə Müharibə mövzusunda yazıb yaratmışdır. Spesifik olaraq deyə bilərəm ki, Dünya Ədəbiyyatında müharibə janrında Remark qədər mənəvi sarsıntıları ustalıqla
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014440 okunma
- Hə... Mən imkan daxilində çox qocalmaq istəyirəm. - Niyə? - Baxım, görüm bu dünyanın axırı nə olur!
- Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik. - Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik - Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.
Sərbəstliyi itirmək olmaz. Hər şey yavaş yavaş, asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə öyrəşməyəsən.
Reklam
Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
Sayfa 448Kitabı okudu
“Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz.Çətini, adamın xəyal dünyası ilə onu bağlayan sehrli sap qırılana kimidir.Qırılandan sonra,bəlkə də, həmin sapın ucları getdikcə sönən ulduz kimi, közərə-közərə gah sənə ,gah da ona tərəf yellənsin,ancaq xeyri yoxdur,o közərti də onu alovlandırmır, çünki ürəklər arasında körpü uçub...”
Sayfa 468Kitabı okudu
- İnsan nə üçün yaşayır, Ravik? - Elə bu haqda düşünmək üçün.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.