Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəfər Tağı

Erich Maria Remarque

Öne Çıkan Zəfər Tağı Gönderileri

Öne Çıkan Zəfər Tağı kitaplarını, öne çıkan Zəfər Tağı sözleri ve alıntılarını, öne çıkan Zəfər Tağı yazarlarını, öne çıkan Zəfər Tağı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014440 okunma
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Alman yazıçısı olan Erich Maria Remarque əsərlərində Alman xalqının hər iki dünya müharibəsinin səbəbkarı olmasına baxmayaraq daxilində olan humanist’liyi bədii əsaslarla sübut edir. Remark sadəcə Müharibə mövzusunda yazıb yaratmışdır. Spesifik olaraq deyə bilərəm ki, Dünya Ədəbiyyatında müharibə janrında Remark qədər mənəvi sarsıntıları ustalıqla
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014440 okunma
Reklam
- Hə... Mən imkan daxilində çox qocalmaq istəyirəm. - Niyə? - Baxım, görüm bu dünyanın axırı nə olur!
- Dünyada nə yenilik var, Ravik? + Nəyinizə lazımdır, Ket? Siz həmişə yaxşı şeylər barədə düşünün. - Hərdən mənə elə gəlir ki, çoxdan burdayam. Hər şeydə keçmişdə qalıb, sulara qərq olub. + Qoyun bir anlığa hər şey sulara qərq olsun...
- Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik. - Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik - Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.
Sərbəstliyi itirmək olmaz. Hər şey yavaş yavaş, asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə öyrəşməyəsən.
Reklam
“Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz.Çətini, adamın xəyal dünyası ilə onu bağlayan sehrli sap qırılana kimidir.Qırılandan sonra,bəlkə də, həmin sapın ucları getdikcə sönən ulduz kimi, közərə-közərə gah sənə ,gah da ona tərəf yellənsin,ancaq xeyri yoxdur,o közərti də onu alovlandırmır, çünki ürəklər arasında körpü uçub...”
Sayfa 468Kitabı okudu
Bu, elə bir an idi ki, bütün rənglər itirdi və heç nəyə gücü çatmayan əllərin altında həyat yavaş-yavaş sönürdü. Qabarmış dənizin müəmmalı şəkildə qınına çəkilməsi... Nəfəs alarkən bircə anlığa yaranan səssiz-səmirsiz fasilə...
Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
Sayfa 448Kitabı okudu
Kaçinski ilə getdi, ilk həyat dərsini aldı: bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir, get! Özünü tox tut! Canıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışada yas saxlamaq olar... Yalnız belə dözmək mümkündür...
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.