Zəmanəmizin qəhrəmanı

Mihail Yuryeviç Lermontov

Zəmanəmizin qəhrəmanı Yorumları ve İncelemeleri

Zəmanəmizin qəhrəmanı yorumları ve incelemelerini, Zəmanəmizin qəhrəmanı kitabı hakkındaki okur görüşlerini , Zəmanəmizin qəhrəmanı puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.110 üzerinden
1.639 Kişi · 286 İnceleme
216 syf.
9/10 puan verdi
·
7 günde okudu
Zəmanəmizin qəhrəmanı ilə tanış oldum.. Rus ədəbiyyatında 19-cu əsrin ilk yarısında cərəyan edən "gərəksiz insan" ədəbi tipi ilə tanış olduğumuz Lermontovun yeganə romanı olan "Zəmanəmizin qəhrəmanı" bizə Peçorin kimi bəzən pis niyyətli,bəzən dürüst,bəzən qarışıq amma əsla qınaya bilmədiyimiz və empatiya qurmağa
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,480 okunma
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
“Bəsdirin insanlara şirin şeylər yedirtdiniz, bu şirnilər onların mədəsini pozub: onlara acı dərmanlar, acı həqiqətlər lazımdır." Kitabı oxuyarkən reallıqda sərbəst insanın yox deyə bilmə, əks düşüncə davranışı sezilir. Həmən Peçoren ziddiyyətlərlə dolu, lakin digər yandan qəhrəmandır. Lermontovun bu əsəri insana reallığın acı dadını öz üslubunda daddırır. Kitabı oxumayanlar üçün onu deyə bilərəm ki, son dərəcə anlaşıqlı və başadüşülür dildədir. Həmçinin rus ədəbiyyatının ilk pisixoloji romanlarından biridir.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,480 okunma
Reklam
216 syf.
4/10 puan verdi
·
15 günde okudu
Deməli, əsər fərqli bir obrazın nitqi ilə başlayıb Peçorinin gündəliyinə çevrilir. Başa düşürəm, burada əsas qəhrəmanımız da elə Peçorindir. Amma başdakı obrazın hekayəni nəql etdirməkdən başqa bir vəzifəsinin olmaması qəribə gəldi, kitab boyunca həmin adamın hadisələrlə necə bir əlaqəsi olduğunu sorğuladım və bu sualım cavabsız qaldı. Peçorin
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,480 okunma
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Zamanın qəhrəmanı eqoizmdir
Əsərin adını oxuduqda ağlıma şablon qəhrəman obrazları gəldi və düşünürdüm ki, bu qəhrəman zəmanəsinə rəğmən qəhrəmandır. Lakin elə olmadı. Lermontov bu əsəri ilə insanın ağlında tamam başqa bir qəhrəman obrazı yaradır. Qəhrəmanımız Peçorin çox qəribə insandır. İlk dəfə əsərin baş qəhrəmanına bu qədər qəzəbləndim, ancaq sonlara doğru Peçorinin daxili aləmindən xəbərdar oldum. Yenə də içimdə Peçorinə qarşı həm qəzəb həm də anlayış, simpatiya var. Qəzəb ona görədir ki, hər dəfəsində çevrəsindəki əksər insanların həyatını həm mənəvi, həm də cismani məhv edir. Peçorin məqsədə çatmağın verdiyi həzzdən daha çox o məqsəd üçün edilən fənd və gedişlərin verdiyi həzzin aludəçisidir. Peçorin gənc yaşda olmasına baxmayaraq həm insanları tanıyır, onlara nəyin təsir edəcəyini bilir, insanların zəifliklərindən öz mənfəəti üçün istifadə edir, həm də nihilizmi dadıb. Mənə elə gəlir ki, hər insanın içində Peçorin var. Hər oxucu əsərdə özünə dair nəsə tapacaq.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,480 okunma
216 syf.
10/10 puan verdi
·
11 günde okudu
İlk kitablardan hesab olunardı ki, bir dəfə oxumaqla anlamaq çətin idi. Uzun bir vaxt aldı, amma inanıram ki, Petroçinin həyatımdakı təsiri oxumaq üçün sərf etdiyim vaxtdan daha da uzun müddəti əhatə edəcək. "Zəmanəmizin qəhrəmanı" adını və üstünlüyünü qoruyaraq hər zaman öz sədaqətini göstərməkdə davamlı olacaqdır. Əsər xatirə və gündəlikdən alınmış hissələr şəklində yazılıb, bir qədər sıxıncı təsərrüt doğursa da, məncə belə demək olmaz. Axıcılığı və məzmununun cəlbediciliyi ilə oxumamaq əldə deyil. Hər kəsə xoş mütaliələr!
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,480 okunma
Reklam
289 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.