Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəmanəmizin qəhrəmanı

Mihail Yuryeviç Lermontov

Yorumlar ve İncelemeler

Tümünü Gör
216 syf.
9/10 puan verdi
·
7 günde okudu
Zəmanəmizin qəhrəmanı ilə tanış oldum.. Rus ədəbiyyatında 19-cu əsrin ilk yarısında cərəyan edən "gərəksiz insan" ədəbi tipi ilə tanış olduğumuz Lermontovun yeganə romanı olan "Zəmanəmizin qəhrəmanı" bizə Peçorin kimi bəzən pis niyyətli,bəzən dürüst,bəzən qarışıq amma əsla qınaya bilmədiyimiz və empatiya qurmağa
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
Reklam
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
“Bəsdirin insanlara şirin şeylər yedirtdiniz, bu şirnilər onların mədəsini pozub: onlara acı dərmanlar, acı həqiqətlər lazımdır." Kitabı oxuyarkən reallıqda sərbəst insanın yox deyə bilmə, əks düşüncə davranışı sezilir. Həmən Peçoren ziddiyyətlərlə dolu, lakin digər yandan qəhrəmandır. Lermontovun bu əsəri insana reallığın acı dadını öz üslubunda daddırır. Kitabı oxumayanlar üçün onu deyə bilərəm ki, son dərəcə anlaşıqlı və başadüşülür dildədir. Həmçinin rus ədəbiyyatının ilk pisixoloji romanlarından biridir.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
216 syf.
4/10 puan verdi
·
15 günde okudu
Deməli, əsər fərqli bir obrazın nitqi ilə başlayıb Peçorinin gündəliyinə çevrilir. Başa düşürəm, burada əsas qəhrəmanımız da elə Peçorindir. Amma başdakı obrazın hekayəni nəql etdirməkdən başqa bir vəzifəsinin olmaması qəribə gəldi, kitab boyunca həmin adamın hadisələrlə necə bir əlaqəsi olduğunu sorğuladım və bu sualım cavabsız qaldı. Peçorin
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Zamanın qəhrəmanı eqoizmdir
Əsərin adını oxuduqda ağlıma şablon qəhrəman obrazları gəldi və düşünürdüm ki, bu qəhrəman zəmanəsinə rəğmən qəhrəmandır. Lakin elə olmadı. Lermontov bu əsəri ilə insanın ağlında tamam başqa bir qəhrəman obrazı yaradır. Qəhrəmanımız Peçorin çox qəribə insandır. İlk dəfə əsərin baş qəhrəmanına bu qədər qəzəbləndim, ancaq sonlara doğru Peçorinin daxili aləmindən xəbərdar oldum. Yenə də içimdə Peçorinə qarşı həm qəzəb həm də anlayış, simpatiya var. Qəzəb ona görədir ki, hər dəfəsində çevrəsindəki əksər insanların həyatını həm mənəvi, həm də cismani məhv edir. Peçorin məqsədə çatmağın verdiyi həzzdən daha çox o məqsəd üçün edilən fənd və gedişlərin verdiyi həzzin aludəçisidir. Peçorin gənc yaşda olmasına baxmayaraq həm insanları tanıyır, onlara nəyin təsir edəcəyini bilir, insanların zəifliklərindən öz mənfəəti üçün istifadə edir, həm də nihilizmi dadıb. Mənə elə gəlir ki, hər insanın içində Peçorin var. Hər oxucu əsərdə özünə dair nəsə tapacaq.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
11 günde okudu
İlk kitablardan hesab olunardı ki, bir dəfə oxumaqla anlamaq çətin idi. Uzun bir vaxt aldı, amma inanıram ki, Petroçinin həyatımdakı təsiri oxumaq üçün sərf etdiyim vaxtdan daha da uzun müddəti əhatə edəcək. "Zəmanəmizin qəhrəmanı" adını və üstünlüyünü qoruyaraq hər zaman öz sədaqətini göstərməkdə davamlı olacaqdır. Əsər xatirə və gündəlikdən alınmış hissələr şəklində yazılıb, bir qədər sıxıncı təsərrüt doğursa da, məncə belə demək olmaz. Axıcılığı və məzmununun cəlbediciliyi ilə oxumamaq əldə deyil. Hər kəsə xoş mütaliələr!
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
216 syf.
9/10 puan verdi
·
12 günde okudu
Həqiqətən hər şeyin itirildikdən sonra qiyməti bilinir. Biz də tam olaraq belə deyilik mi? Bəlkə də vaxtında dəyərini bilmədiyimiz üçün itirildikdən sonra həmin şey gözümüzdə daha dəyərli olur? Peçorin (əsərin baş obrazı) kimi insanlar tarix boyu həmişə var olub, olacaqlar da. Çünki dünya tam olaraq belələrinin yeridir!.. Peçorinə qarşı həm ikrah, həm də nifrət hissi qəlbimdə yaranmışdı. Ancaq o, insanlığın bariz nümunəsi idi. Ona nifrət həm də insanlığa nifrət deyildi mi?!.. Ümumilikdə, əsər klassik və rus ədəbiyyatı nümunəsi olmasına baxmayaraq, olduqca axıcı və maraqlı idi. Lakin yazıçı hissləri tam olaraq oxucuya ötürməyi bacarmamışdı deyə düşünürəm (Təbii ki bu mənim şəxsi fikrimdir). Bu səbəbdən qiymətləndirməm bu şəkildə oldu 9/10
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
216 syf.
8/10 puan verdi
·
8 günde okudu
Əsər yazıçının ilk və tək romanıdır. Yazıçı burada hər bir dövr üçün aktual olan məsələlərə toxunur. Əsər əvvəlcə üçüncü şəxsin dilindən yazılsa da, sonradan baş obraz Peçorinin gündəliyi onun öz dilindən yazılır. Bunun nəticəsində də biz onun düşüncələrini, həyata baxışını daha yaxşı anlaya bilirik. Yazıçı əsəri Puşkinin dueldə öldürülməsi ilə bağlı yazdığı şeirə gœrə sürgün olunduğu Qafqaz ərazində yazıb və əsərdə onun duelə olan narazılığı da əks olunub (buna baxmayaraq əsəri yazdıqdan 1 il sonra 27 yaşında Lermontov da dueldə öldürülür). Maraqlı, axıcı bir əsər idi.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,450 okunma
192 syf.
9/10 puan verdi
Zamanımızın bir kahramanı: LERMONTOV
Ah gurur! Sen Arşimet'in dünyayı yerinden oynatacağı kaldıraçsın!.. Yirmi yedi yıllık kısa yaşam, şiirler, tiyatro oyunları ve romanıyla Rus edebiyatına damga vuran, üzerinde derin etkiler yaratan ve kendisinden sonraki yazarları etkileyen aydın edebiyatçı Lermontov. Ah şu ömür, ne kaygan ne zalim! Bir anlık olgulara kurban veriyor seni. Mihail
Zamanımızın Bir Kahramanı
Zamanımızın Bir KahramanıMihail Yuryeviç Lermontov · Can Yayınları · 20184,450 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.