Qədim zamanlarda bir kral var idi. Bu kralın şahmatda qarşısına çıxan yox idi. Bir gün bir kəndli kralın yanına gəldi və onunla şahmat oynamaq istədiyini bildirdi. Kral da onun bu təklifini qəbul etdi. Oyun başlamağa az qalmışdı ki, kəndli əvvəlcə ayaqqabılarını çıxardı, sonra da altına qoyub üstündə oturdu. Bütün oyunu kral kəndlinin niyə belə etdiyini düşündü. Və axırda kəndli bu oyunu uddu. Oyun bitər-bitməz kral üzünü kəndliyə tutdu və niyə ayaqqabılarının üstündə oturduğunu soruşdu. Kəndli isə bir az da təbəssümlə:
- Oyun haqqında yox, bu haqda düşünəsiniz deyə, - deyə cavab verdi.