Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rahib Eyvazov Θεόδωρος

Rahib Eyvazov Θεόδωρος
@rakhib_theodore
Ne olduğumu bıraktığımda, neysem o olabilirim.
432 syf.
8/10 puan verdi
·
15 günde okudu
Əvvəldən qeyd edim ki, bədii deyil, fəlsəfi əsərdir. Dili çətin deyil. Əsər avtobioqrafik xarakter daşıyır. Yazıçının oğlu Krislə birlikdə motosikletdə etdiyi səyahətdən bəhs edir. Deyəsən, “Zen və motosiklet təmiri sənəti” səfərnamə tərzində mütaliə etdiyim ilk kitab oldu. Süjet iki kontekstdən açılır: birincidə səfər edilən yerlər, ordakı insanlar, vərdişlər, ikincidə isə Pirsiqin universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə psixoloji problemlər yaşadığı, şəxsiyyət ikiləşməsi ilə üzləşdiyi dövr təsvir edilir. Mənə ən çox ikinci kontekst maraqlı gəldi. Robert Pirsiq yazıçılarda ən çox bəyəndiyim iki xüsusiyyəti özündə birləşdirir: birincisi, mənim sözlə ifadə etməkdə çətinlik çəkdiyim, amma intuitiv olaraq hiss etdiyim şeylərə qəşəng tərif verir, ikincisi, gözümün qarşısında olan, heç vaxt fikir vermədiyim adi şeylərə başqa kontekstdən nəzər yetirir, insanı düşünməyə vadar edir. Və əsər boyu elm, idrak, şüur, nəzəriyyə, fərziyyə, keyfiyyət kimi fəlsəfi anlayışların hamısına motosiklet vasitəsilə, motosiklet nümunəsi üzərində aydınlıq gətirir. Avtomobildə həmişə qapalı kupedəsən. Öyrəşdiyin üçün heç fərqinə də varmırsan ki, maşının pəncərəsi elə televizordur. Sən passiv müşahidəçisən və hər şey darıxdırıcı bir şəkildə çərçivənin daxilində cərəyan edir. Motosikletdə isə belə bir çərçivə yoxdur. Ətraf aləmlə əlaqədəsən. Elə-belə mənzərəyə baxmırsan, onun içindəsən. İştirakın səni heyrətləndirir.
Zen ve Motosiklet Bakım Sanatı
Zen ve Motosiklet Bakım SanatıRobert M. Pirsig · Ayrıntı Yayınları · 20221,193 okunma
Reklam
256 syf.
7/10 puan verdi
·
48 günde okudu
İnsanlıq böyük bir sürətlə tamamilə yox olmağa doğru yuvarlanmaqdadır. İqtisadi inkişafın get-gedə insanları əsir alması, təbiətə göstərilən bu düşməncə və ögey münasibət, eləcə də atom müharibəsi təhlükəsi insan nəslini və dünyanı təhdid etməkdədir. Bu fəlakətə gedişin qarşısının alına bilməsi üçün insanların və onların davranışlarını formalaşdıran kütləvi sistemlərin kökündən dəyişməsi şərtdir. Yeni bir insan və yeni bir cəmiyyətə keçidin tək yolu hər şeyi əldə etmək, onlara hakim olmaq formasında ortaya çıxan və acgözlük, mənfəət ehtirası ilə əks olunan "sahib olmaq" tipli yanaşma tərzini tərk etməkdən keçir. İnsanlar, onları xoşbəxtliyə, dincliyə və digər insanları sevməyə yönəldəcək "olmaq" formalı həyat fəlsəfəsinə keçmədikləri müddətcə xilas olmaları mümkün deyildir.
Sahip Olmak ya da Olmak
Sahip Olmak ya da OlmakErich Fromm · Say Yayınları · 20153,489 okunma
65 syf.
·
Puan vermedi
·
5 saatte okudu
Maraqlıdır ki, təbiət canlıları təkamül etdirərək, cinsiyyətsiz və hermofodrit canlılardan, ayrı - dişi və erkək canlılara qədər böldü və əbədi olaraq daima birlikdə olmaq, birləşmək əmrini verdi. Məni düz başa düşün. Təbiət heç də bizi düşünüb bunu etməyib. O kifayət qədər eqoistdir, sadəcə və sadəcə özünü düşünərək zənginləşməyi fikirləşir. Bizdən istifadə edir. Təbiətin qarşısında qadınlar və kişilər, erkəklər və dişilər, hermofodrit canlılar, bölünmə ilə çoxalanların hamısı eynidir.  Əslində isə Şopenhauer "cinsel aşkın metafiziği " ilə insan instinktlərinin onun şüuru ilə olan münaqişəsi haqda yazıb. Yazılanları oxuyub yaxşı-yaxşı düşünmək lazımdır. Mövzulara müasir cəmiyyətin həyat prinsipləri çərçivəsində baxdıqda ortaya çox daha maraqlı nəticələr çıxa bilər. 
Cinsel Aşkın Metafiziği
Cinsel Aşkın MetafiziğiArthur Schopenhauer · Oda Yayınları · 201013,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
232 syf.
8/10 puan verdi
·
32 günde okudu
İnsan həqiqətləri tapmaq istəyirsə, bütün doqmalardan, bütün şərtləndirmələrdən, bütün inanclardan, boyun əydirən bütün avtoritetlərdən arınmış olmalıdır. Əslində tam mənasıyla müstəqil olmalıdır və bu çox çətin şeydir.Bu ağacların altında oturub axmaq söhbətlərə qulaq asmaq üçün maşınla çıxdığınız səhər gəzintisi deyil. Həqiqəti tapmaq böyük bir səbr, mülayimlik və tərəddütlər tələb edir. Sadəcə kitab oxumağın bir dəyəri yoxdur amma əgər dinlərkən diqqətinizi bütünüylə toplaya bilsəniz, o diqqətin sizi çabalamaqdan xilas etdiyini görəcəksiniz və zehnin heç bir istiqamətə hərəkət etmədən fövqəladə gözəllikdə və yaradıcıllıqda olanı, elmlə, keçmişlə ölçüləməyəcək olanı qavramağa qadir olduğunu görəcəksiniz. Həqiqi inqilabçı və dindar olan belə bir insandır çünki o artıq cəmiyyətin bir parçası deyil. İnsan hirsli, rəqabətcil olduğu müddətdə cəmiyyətin özüdür. İnsan xilas olmanın belə çətin olduğu zehniyyətlə tanrını axtarır amma bu axtarışın heç bir mənası yoxdur çünki bu bir şey olmaq, bir şey əldə etmək üçün göstərilən çabadan başqa bir şey deyil.
Dünya Bunalımda
Dünya BunalımdaJiddu Krishnamurti · Omega Yayınları · 201248 okunma
64 syf.
8/10 puan verdi
·
16 günde okudu
"Təbiətin dilində ölüm məhv olmaq  deməkdir, amma həyatın özü də zarafat deyil. " Artur Şopenhauer deyir ki, ölüm dahiyanə ilham mənbəyidir, o Sokratdan bu günə qədər filosofları həyatın metafizik əsası haqqında düşünməyə məcbur edir. Məhz bu düşüncələr bizə bizim şüurumuzun orqanik həyatımızın nəticəsi olduğunu  və yaşımızla birlikdə
Ölüm ve İçsel Doğamızın Yok Edilemezliği ile Olan İlişkisi
Ölüm ve İçsel Doğamızın Yok Edilemezliği ile Olan İlişkisiArthur Schopenhauer · Oda Yayınları · 2014229 okunma
Reklam
126 syf.
7/10 puan verdi
Parlaq epizodları, simvolik mənası və əla mahiyyəti ilə tərbiyəvi nəticələri çox olan "Şahmat"ı bütün bədii ədəbiyyat oxucularına məsləhət görərdim. "Bilinmeyen bir kadının mektubu" Stefan Sveyqdən oxuduğum ilk əsər olmuşdu. Elə ilk dəfədən yazıçının möhtəşəm dərrakəsinə heyran qalmışdım və bu hissi bir daha yaşadım.  
Satranç
SatrançStefan Zweig · Romans Yayınları · 2019237,4bin okunma
104 syf.
10/10 puan verdi
·
3 günde okudu
Kim deyir ki, uşaqlar heç nə bilmirlər? Biz uşaqlardan çox şey öyrənə bilərik. Onlar hələ təmizdirlər. “sən uşaqsan, otur uşaq yerində!” kimi səhvlərə yol verməmək lazımdır. Bu əsər sanki böyüklər və kiçiklər arasında olan heyrətamiz dialoqdur. Böyüklər də uşaqların həyatında inanılmaz dərəcədə mühüm rol oynayır. Bunu bir cümlə ilə ifadə edim:
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Nilüfer Yayınları · 2017235,1bin okunma
520 syf.
10/10 puan verdi
·
12 günde okudu
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, qarşımızda adi, sıravi roman dayanmır. İkinci növbədə əsəri oxumaq kifayət etmir. Şübhəsiz ki, çox şey oxuyub qurtardıqdan sonra ortaya çıxır və əsəri dərk etmək üçün müəyyən ədəbi təcrübə tələb olunur. Təcrübə baxımından nə zənginəm, nə də kasıb. Odur ki, özüməməxsus tərzdə əsəri dərk etmək potensialım
Usta ve Margarita
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20207,1bin okunma
152 syf.
8/10 puan verdi
·
22 saatte okudu
Heyvanıstan bir antiutopiya kimi əslində dünyanın real təsvirini göstərir. Elə hesab edirəm ki, əsəri yaşda kiçik olanlara da oxutdurmaq lazımdır. Bəlkə də həmin an onlar bunu başa düşməsələr də, ilkin mesajları beyinləri yadda saxlayacaq və gələcəkdə lazım olduqda istifadə edəcək. Uşaqları kiçik yaşdan düşünməyə yönləndirmək lazımdır, əzbərləməyə deyil. Eləcə də böyükləri. Yəni yaş fərqi olmadan hamı oxumalıdır məncə. Əsər sovet ittifaqının Stalindən başlayaraq totalitar siyasi sistemini əks etdirir. Ferma heyvanlarının timsalında hakimiyyətin necə kütləni istismar etdiyini, haqlarının pozulduğunu və yavaş-yavaş əvvəlcədən müəyyənləşdirilmiş qanun-qaydaları necə dəyişdirdiyini çox gözəl təsvir olunub. Sovet ittifaqının tarixini azdan çoxdan bilənlər, o dövrdə yaşayanlar və o dövrlə maraqlananlar üçün məncə gözəl qaynaqdır.
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2020246,8bin okunma
74 syf.
9/10 puan verdi
Təsəvvür edin ki, səhər yuxudan durursan və dünən gecə yuxuya getdiyin kimi oyanmırsan. Sən valideynlərinin görmək istədiyi kimi deyilsən. Ümumiyyətlə nə isə yolunda deyil. Günbəgün başa düşürsən ki, dəyişirsən. Bir gün yuxudan oyanıb görürsən ki, sən ətrafındakı insanlar kimi deyilsən. Bir gün yuxudan oyanıb başa düşürsən ki, olduğun kimi sən
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022223bin okunma