Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rahib Eyvazov Θεόδωρος

Rahib Eyvazov Θεόδωρος
@rakhib_theodore
Ne olduğumu bıraktığımda, neysem o olabilirim.
Bu həyatda hər şey, sizin ona diqqət ayırdığınız qədər gerçək və dəyərlidir. Sizə geri dönüş də, ayırdığınız diqqət qədər olacaqdır. Yaxşı və pis, cinayət və cəza yoxdur. Sadəcə, hər bir hərəkətin qarşılaşmalı olduğunuz bir nəticəsi var.
Reklam
True Detective
Zaman düz bir çemberdir. Yaptığımız ya da yapacağımız her şeyi tekrar yapacağız, tekrar, tekrar ve tekrar. Sonsuza kadar.
Əgər sabah oyanmayacağını bilsən, bu gün sənin son günün olsa, bu yuxunun qapısından dönüb keçmişinə baxsan, yaşadıqların ilə fəxr edərdinmi ? Cavabın yox olarsa, bu gün hər şeyə son qoy. Sabah günəşi ilə birgə doğul və yenidən başla.

Okur Takip Önerileri

Tümünü Gör
Biçim boştur, boşluk biçimdir ne göz ne kulak ne burun ne dil ne beden ne beyin ne renk ne ses ne koku ne tat ve nede dokunma vardır...
Şərtsiz sevgi hər birimizdə mövcuddur. Sevgi, dərin daxili varlığımızın bir hissəsidir. Sevgi obyekt yönümlü bir hiss deyildir. Yalnız bizlər, sevgini insanlara və digər təbiət canlıları arasında fərqli şəkildə bölüşdürürük. Əgər daxilinizdəki sevgini bölüşdürmədən, bir bütöv halında və doğru şəkildə yönləndirə bilsəniz, daha böyük ruh yüksəkliyi və anlamlı həyat tərzi sürə bilərsiniz. Bunun üçün sevgini eqoistcəsinə bölüşdürmədən, hər şeyə eyni formada, sonsuz sevgi bəsləmək gərəkdir.
Reklam
İnsanların sənin ilə necə rəftar etmələrini istərdin ? Öncə o rəftarı sən özün insanlara sərgilə. Unutma, sənin sabahın, bu günə yanaşmandan doğulur. Əgər daha yaxşı bir gələcək ilə qarşılaşmaq istəyirsənsə; yazdığın sSenariyə diqqət et. Sən həqiqətən də, yaxşı bir gələcək ilə qarşılaşmaq üçün nə etmisən ? Və ya xəyallarındakı gələcəyə layiqsənmi ? Sənin yaşamını və yaşamaq istədiklərini, həyat yolu olaraq qarşına düzən, bu içində olduğun ağıllı mexanizmin özüdür. Hər şey sənin özünə və ətrafına verdiyin dəyərdən formalaşır. Sən özünə və ətrafına nəyi layiq görürsənsə, bu mexanizm də sənə onu geri göndərir və beləcə sən içində olduğun həyatı yaşamış olursan. Layiq olmadığın bir həyatı yaşadığını düşünürsənsə, bunu ilk öncə sübut etməli olduğun kəs, sən özünsən. Sən hər zaman yeni bir başlanğıc edə bilərsən. Ətrafa, bu yaşama, həyata, fəsillərə və başqa sənə örnək kimi göstərilmiş şeylərə diqqət ilə bax. Günlər, fəsillər biri-birini əvəz edərək yenidən başlayır. Bütün bu saydıqlarım boşu-boşuna gözlərimizin önünə düzülməmişdir və yerə düşən hər yarpağın hesabda bir yeri vardır. Sən bu kimi şeylərə önəmsiz yanaşdığın müddətcə, həyatda sənə önəmsiz yanaşacaqdır. Çün ki, sən şüurlu olduğun halda, bu möhtəşəm yaradılışın və bu mexanizmin işləmə prinsipindən xəbərsizsən. Dərsindən xəbərsiz olduğun bir müəllimə olan sevgin, sinif otağının qapısına qədərdir.
Nədən narazısan ? Nədir səni qane etməyən ? Həyatın, olub bitənlər, səndən asılı olmayan şeylər və s. O zaman sənin həyatına səyahət edək, baxaq haklısanmı ? Düşün ki, səni bilinməz bir meşədə, bəlirsiz bir tarixə qədər kəndirə bağlayıb orada saxlayacaqlar və çiy ət, ot və mənşəyi bəlli olmayan su ilə bəsləyəcəklər. O zaman sənin ən ali istəyin nə olacaq ? Bağlı qaldığın kəndirdən qurtulmaq. Bu kəndirdən qurtulsamda, gedib həmişəki masamda əyləşib isti bir çay içsəm deyəcəksən. Niyə ? Çün ki, insan hər daim rahatlıq axtarır, rahat olum, rahat yaşayım. Daima rahatlıq axtarışındasan və düşünürsən ki, rahatlıq indi səndə olmayan şeylərdədir. Maşınım olsaydı işə rahat gedib gələrdim, Pulum olsaydı daha yaxşı əşyaları alardım, pul dərdi çəkməzim başqa nə dərdim nə olacaq ki ? deyib daima axtarışdasan. Sənin dərdin təkdir, rahatlığım olsa xoşbəxt olaram düşüncəsi. Sən özün olmaq istəmirsən, sən başqalarının geyindiklərini, sürdüklərini, gördüklərini istəyirsən. Sual edirəm, sən bütün bu istədiklərini əldə etdikdən sonra rahat olacağına kim və ya nə qaranti edir ? Bəlkə indiki həyatın sənin ən rahat olduğun durumdur nə bəlli, deyilmi ? Əmin ol, bu gün sənin arzuladıqlarından daha çox şeyə sahib olan, hər rahatlığı özünə təmin edən amma tualetə özü gedə bilməyən insanlar tanıyıram. İndi itirəcəyin bir rahatlığın yoxdur, ən azından buna görə rahatsan.
Biz axtarırıq. Yaşamın anlamını, xoşbəxtliyi, mənanı, duyğunu... Nələrdəsə tapacağımıza inanıb, ona yönəlirik. Bəzən bir zamanlar tapmış olduğumuzu düşünüb, itirdiyimizə kədərlənirik. İndi də yaşadığımıza inanıb, möhkəm yapışmışıq. Bir zamanlar heçlikdən yapışanda da eyni qədər güclü inancda idim.
Bu gün sənin qursağında qalan hər bir hiss, sənin keçmişinə çevrilərək səni qarabaqara izləməyə başlayır. Onları görmədiyimiz üçün keçmişdə yaşayırıq
Yaşamın, var oluşun təməlində hər şey ikiyə bölünməkdədir. Bu ikilidən biri yox olar isə, digəri üçün var olma anlamı itmiş olar və missiya tamamlanmış olar. Odur ki, pisin içində hər zaman yaxşı, yaxşıda bir pislik hər zaman müzakirə mövzusu olaraq qalacaqdır. Problem və ya həll edilməsi gərəkən bir iş yoxdursa, yaşamın anlamıda yoxdur. Həqiqəti ortaya çıxaran, onun əksidir. Odur ki, hər şey bir birinə borclu və asılıdır. Diqqət edin, iblis cənnətə soxulub, Həvvanı aldadıb, ona meyvə yedirtməsəydi, Adəm cənnətdən qovulmayacaqdı və həyat başlamayacaqdı. Demək ki, bir yerdən sonra iblisin şeytanlıq etməsi ehtiyyac olub. Bütün bu oyunların hamısı düzənli şəkildə getməkdədir və hər şey plan üzrə hərəkət edir. Nəticədə bu yaradılış, böyük oyunun səhnəsidir.
Reklam
Beynimizin qidalanma yolu fərqinə varmaqdır. Fərqinə varmaq üçün, insan hər daim axtarışda və kəşf etməkdədir. Hazırda insan oğlu yaradıcılığın fərqinə varıb. Məsələ budur ki, insan Tanrının yaratdıqlarının deyil, öz düzəltdiklərinin kəşfinə çıxıb. Diqqət et, uşaqlığına diqqət et. Oyuncaqlarını kəşf edərdin bir zamanlar, indi gerçək oyuncaqları, avtomobili, evi, işi, pulu kəşf edirsən. Dəyişən nədir ? Yoxsa sən böyüməmisən ? Daima axtarışdasan, amma nəyin ? Bəlkə sən qurğulanmış robotsan ? Sənin dərdin maraqdır, gördüyünü kəşf edib, çözüb sakitləşməkdən ibarətsən. Bax indidə əlində bir telefon var, başını bununla daha asan qatırlar. Sən dünyanı kəşfə çıxırsan amma ayaq ilə deyil, telefon ilə. Bilirsən, insan təbiəti kəşfə çıxmaq yerinə, hündür qutu evlərə doluşub, onu kənardan izləməyi seçib.
Nəfsləri, duyğuları, egoları tərəfindən başdan çıxarılmış bu insanlar bədənsəl istəklərin, dəbdəbənin və gücün köləsi oldular
Yanlış bir adam doğru bir şey etsə də, o şey axır əvvəl yanlışa çevrilir.
Seher yeli eser yırtar eteğini gülün Güle baktıkça çırpınır yüreği bülbülün Sen şarap içmene bak, çünkü nice gül yüzler Kopup dallarından toprak olmadalar her gün.
Ömer Hayyam
Ömer Hayyam
64 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.