Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəyalə

Xəyalə
@xeyalemesi
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Dile, inan, bekle ️
168 syf.
7/10 puan verdi
Bu gün isə sizinlə İskandinav ədəbiyyatına aid olan "Sürətləndikcə kiçilirəm" əsərindən yazacağam Kitab dünya üzərində 20 dən artıq dilə çevrilib. Çap oldunduğu il yazarın bu kitabı "Taryey Vesus debüt kitab" mükafatına laiq görülüb. İnsan yaşamı boyunca həyatı sorğulayır, bu müxtəlif yaş dönəmlərinə təsadüf edə bilər. Lakin baş obraz Matea doğulduğu gündən, ölənə qədər yaşamın sirlərini öyrənmək istəmiş və getdikcə yalnızlaşmışdır. Düşünürəm ki, Matea bir növ zəif xarakterə sahib insanları təmsil edir. Yaşlı Matea ilə gənclik, uşaqlıq döneəmlərinə səyahət edirik. Hərkəsin içində bir Matea vardır. Önəmli olan onunla neçə davranacağını bilməkdir. Kitab o qədər bəsit forma da yazılıb ki, oxuyarkən bu sizi bir növ çaşdırır. Məncə yazıçının da əsas məqsədi, bu bəsitlik içərisində olan qəliz yaşam və ölüm arasında bağı oxucuya çatdırmaqdır. Şiddətlə tövsiyyə edəcəyim əsər deyil. Bəsit yazılsa belə, həddən artıq ağır və düşündürücü məqamlar var.
Sürətləndikcə Kiçilirəm
Sürətləndikcə KiçilirəmKjersti Skomsvold · Parlaq İmzalar Nəşriyyatı · 20191,797 okunma
Reklam
76 syf.
7/10 puan verdi
Bu gün sizlərə Edgar Allan Po imzalı, "Mari Rojenin sirri" kitabından yazmaq istəyirəm. Mən ümumən detektiv, polisiye tərzi kitablara Wulf Dorn ilə başlayıb, Sherlock ilə bitirmişəm. Lakin bu dəfə Poe ilə tanışlığın zamanının gəldiyini düşüb, şəkil də gördüyünüz kitabı əl də etdim. Kitab da olan cinayət, real da Amerika da baş vermişdir. Lakin yazar bu cinayəti Fransaya köçürür. Fransiz gənc qızın öldürülməsi və bu cinayətin ardında olan faktlar o qədər bəsit görünür ki, bu bir növ şüphə yaradır. Bu cinayətin iç üzünü açmaq üçün qəzet məqalələrinə və bir çox mənbələr araşdırılır. Bu cinayətin əsas səbəbləri kiçik detallar da gizlənib. Kitabın "Morq küçəsində qətl" hekayəsinin ardı olduğu qeyd olunub. Lakin oxuduqda hecbir ardicilliq sezilmir. Kitab da olan hadisələr müzakirə olunur və məntiqi ardicilliqla əlaqələndirilməyə çalışırlar. Poe kulliyatı çox qarışıqdır. Məncə ardıcıllıq ilə oxumaq lazımdır eyni zaman da yaxşı araşdırma etmək şərtdir Poe qələmi ilə tanışlıq üçün uyğun kitab deyildir. Detektiv olduğu üçün çox xırda təsvirlərə yer verilib. Kitab 74 səhifə olsa belə o qədər keyfiyyətsiz idi ki, orta hissədə əlimdə parçalandı. Poe tanımağa davam
Mari Rojenin Sirri
Mari Rojenin SirriEdgar Allan Poe · Xan Nəşriyyatı · 017 okunma
148 syf.
·
Puan vermedi
·
Beğendi
Sevgini maddi dəyərlərə satan bir gözəlçə, o gözəlçəni əldə etməyə çalışan fakir amma könlü zəngin bir bəy. Ümumi olaraq hekayəni kənar şəxsin gözündən yox, baş obrazlar tərəfindən oxumaq istərdim. Mənəvi dəyərləri ön planda tutan yazar, dostluq və sevgi haqqinda olan öz fikirlərini dolayı yol ilə çox aydın şəkil də oxucuya çatdırır. Sevgisiz qurulan heç bir bağ'ın əbədi olmadığını, ruhun sonsuzluğunun gərçekliyini bizə aşılayır. Ağır kitablardan sonra oxunan çərəzlik kitab ola bilər .
Muhteşem Gatsby
Muhteşem GatsbyF. Scott Fitzgerald · Yason Yayıncılık · 201621,1bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
400 syf.
7/10 puan verdi
·
71 günde okudu
"keçmiş" həqiqətən keçmiş mi ? yoxsa sadəcə hərfi bir məna mı daşıyır ? Hadisələr 1992 - 2017 ci illər arasında cərəyan edir. Keçmişdən qaça bilmərsən, bu günün keçmişin əsəridir. Bu gün, bu an keçən hər saniyə keçmiş adlı siyahıya yazılır. Etdiyin hər əməl, gələcək üçün bir işıq, bir yol açır. Bu gün, bu gündə qalmır, gələcəyini şəkilləndirir. Və ondan qaçmaq mümkünsüzdür. Zaman keçir dayanmır, keçmiş isə o qədər sürətli gəlib səni tapır ki, imkan vermir unutmağına, onu köhnə səhifələr arasında gizlətməyə icazə vermir. Bir gün keçmişiniz, bir mənalı olaraq bu gününüz sizi gələcək də tapacaq, bu günü elə yaşamalısız ki, gələcək də ondan qaçıb gizlənmək deyildə qol qanad açıb onu qucaqlayasınız. Kitab da keçmişindən qaçdığını düşünən, amma illərə meydan oxuyan o gizli sirrlər yavaş yavaş gün üzünə çıxır. Sevdiyim tərəf isə kitab da olan bəzi obrazların lgbt olması idi. Günümüzdə tabu olaraq qəbul olunan bu tərz mövzular kitab da çox gözəl və aktual şəkildə bir biri ilə əlaqələndirilmişdi.
Qız və Gecə
Qız və GecəGuillaume Musso · Qanun Nəşriyyatı · 202012 okunma
215 syf.
8/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Hərkəs öz daxilində az da olsa bir "Azil" yaşadır. Azil sənin susmayan vicdanın, üzərini örtmək istədiyin acı həqiqətlərindir. Xoşbəxtlik asanddır, sadədir. Nə qədər dayaz olsan o qədər çox xoşbəxt olacaqsan. Həqiqətlər dərindir, səni dünyada və öz doğrularında boğa biləcək qədər dərin... Dostoyevski dövrünün " yeraltı ədəbiyyatı" yazarı adlandırılır. Düşünürəm ki, 21 ci əsr də bu yazarın Hakan Günday olduğunu vurğulamaq olar. Yazarın fərqli üslubunu sevdim. Monotonlaşan mütailələr, yazarlar yerinə, özünüzü kəşf edəcəyinizi, prizmanızı fərqli yönlərə yönəldən yazarlar ilə tanış olmağa daha çox üstünlük verirəm. Yazarın qələmi ilə tanışlıq üçün ideal seçim deyildir. Fərqlilik sevənlərin seçimi ola bilər.
Azil
AzilHakan Günday · Doğan Kitap · 20249,1bin okunma
Reklam
·
Puan vermedi
·
Beğendi
bəzən elə olur ki, nə qədər çox sevsək belə bitirməli oluruq. məsələn; bu kitab kimi. o qədər möhtəşəm kitabdır ki, onu bu ruh halımda oxuyub öldürmək istəmədim... Bu ânımın kitabı deyilsən. səni qaranlıq fikirlərimin içində boğmaq istəmirəm) tezliklə görüşənə qədər )
Tanrılar Okulu
Tanrılar OkuluStefano D'Anna · Sinedie Yayınları · 20114,275 okunma
368 syf.
7/10 puan verdi
Artemis Ay'da qurulan 2 min əhalisi olan şəhərdir. Hətda buraya dünyadan turistlər gəlir. Müəyyən tədbirlər ilə ay'da gəzintiyə belə çıxırlar. Artemisin öz pul vahidi, fabrikləri, qanunları var. Burda cəza yoxdur, Artemisdən atılmaq var. Jazz Bashara isə kiçik yaşlarından Artemisdə yaşayan və tək xəyalı varlı olmaq olan bir qız. Onun tək istədiyi
Artemis
ArtemisAndy Weir · İthaki Yayınları · 20182,304 okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Elias ömrünün qalan illərini hüzur içində keçirmək üçün, Avusturyanın Braunau qəsəbəsinə köçür. Orada balaca eyni zaman da çox qədim olan evdə yaşamağa başladığı ilk gün, otağındakı döşəmələrdə olan fərqlilik onun diqqətini çəkir. Buradan açılan gizli keçid, heyrətləndirici dərəcədə böyük və qədim kitabxanaya açılır. Yahudi əsilli olan Elias yaşam kitabını kəşf edir və onun həyatı kökdən dəyişir. Yalnızlıq necə bir hissdir bilirsiz ? Bütün ailəsi alman yahudi müharibəsində həlak olmuş Elias bacısını da itirdikdən sonra daxilən çökür. Bütün insanlığın gedişatını dəyişmək üçün əlində bir fürsət vardir. O yaşam kitabı ilə səyahət edir. Siyasəti və fantastikanı özündə birləşdirən bu kitab sizi öz sehirli dünyasının ağuşuna alacaq. Yalnızlığın insanı gətirdiyi o uc nöqtəni Samak qələmindən oxuyarkən dostluğun, sevginin, sədaqətində insanı necə dəyişdiyinin şahidi oluruq. Tarixi düşündükdə dəyişmək istədiyimiz hadisələr əlbət vardir. Amma heçnə səbəbsiz olmur. İnsanlıq tarixində baş verənləri dəyişsək belə sonluğu heçvaxt dəyişə bilmərik. Dünya var olduqca siyasi iqtisadi məsələlər, təbəqələşmə var olacaq. Bunları dəyişmək üçün bir "yaşam kitabı"na ehtiyacımız yoxdur və ya keçmişə gedib kimisə tarixdən silməyə gərək yoxdur. Hərşəy insanın özündən başlar. Bu kitaba isə "dark" style, çox əfso bir film çəkilə bilər
Gizli Kitap
Gizli KitapGregory Samak · Pegasus Yayınları · 2016323 okunma
333 syf.
8/10 puan verdi
·
Beğendi
·
14 saatte okudu
Senin, benim yüreğimde neler var, kim bilir ? Herkesin yüreklerdeki yeri ayrı ayrıdır. Klis , Atmalı kəndi, İyun 1959. Dəlalın sevdalısı Şiyara qovuşacağı gün gəlib çatmışdır. Dəlal bütün əndamı ilə atın belin də toy yerinə yaxınlaşdıqca ürəyini bir narahatlıq bürüyür. Gözləri onu, Şiyarını axtarır. Onu heçvaxt görəbilməyəcəyini ağlına belə gətirməzkən, törə öz işini görür. Sevgini, cəsarəti, acını, umid etməyi ən xirda zərrənizə qədər hiss edəcəksiz bu kitabda. Bunlardan əlavə, cəmiyyətin insan üzərində olan təsirindən doğan qan dondurucu gedişat sizi bəzən təəccübləndirəcək bəzən isə hüzünləndirəcək. Ən sevdiyim obraz isə Memo və Delal oldu. Memo bir ata olaraq o qədər gözəl nümunə idi ki, istər öz ailəsinə istərsə də yad qızını öz qızı kimi qəbul etməyi əvəzolunmaz idi. Kitab da bəzi tutarsızlıqlar var idi. Eyni zaman da bəzi yerlər var hansı ki, sirf kitab uzanmağı üçün yazılmiş kimi. Gedişatla hecbir əlaqəsi olmayan, sonda havada qalan obrazlar. Sevgi mənim üçün hörmət, diqqət, qayğı və b. hisslərdən ibarətdir. Birdaha şahid oluruq ki, bütün dərtlər ,acılar unudulmur sadəcə zamanla alışılır. Hərson bir başlanğıcdır. Bu son acıda ola bilər, şirin də. Umid edin,inan və sevin, bundan başqa insanı həyata bağlayan, içindəki yaşama eşqini doya doya yaşamaq üçün başqa səbəb yoxdur
Yağmurun Gelini
Yağmurun GeliniSinan Akyüz · Alfa Yayıncılık · 20173,032 okunma