Xəyalə Ağayeva

Xəyalə Ağayeva
@xeyalleyy
"Le vent se leve, Il faut tenter de vivre."
544 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Yaralar iyileşir. Sevgi yaşar. Biz kalırız...
Müharibə... Sevgi... Mübarizə... II Dünya Müharibəsi və Fransada yaşananlar... Vianne və İsabelle bacı olmaqlarına baxmayaq iki fərqli xarakterə malikdirlər. Müharibədə hər birinin fərqli formada mübarizə aparmasına baxmayaraq qəhrəmanlıqları ilə yadda qalırlar. Kitabda qadınların müharibədəki qahrəmanlıqları, yaşadıqları çətinliklər və nələrdən vaz keçdikləri əks olunub. Yəhudi soyqırımının timsalında əks olunan müharibənin dəhşətləri, aclıq, itgi və kədər.. Bəs bu qədər şey nə üçündür?
Bülbül
BülbülKristin Hannah · Pegasus Yayınları · 20174,907 okunma
Reklam
574 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
O qədər qəribə hiss etdirir ki, halbuki kitabı oxumamışdan əvvəl filminə baxmışdım və hadisələrdən xəbərdar idim. Möhtəşəm bir əsərdir. Hətta bu söz belə yanında sönük qalar. Leisel Meminger, Rudy Steiner, Hans Hubermann, Rosa Hubermann və ən əsası Max Vadenburg...
Kitap Hırsızı
Kitap HırsızıMarkus Zusak · Martı Yayınları · 202112,6bin okunma
208 syf.
9/10 puan verdi
·
8 günde okudu
"İnsan bazen en imkansız, en çılgın düşünceye, sanki bir şeyler olacakmışcasına öyle bir inanır ki, gerçek olması için olmadık fikirler geçer aklından." İlk bununla başlayım ki Dostoyevski sevdiyim yazarlardandı. Amma əsrlərində sevmədiyim bir nüans var ki, o da kitab qəhrəmanlarının öz talelərini əllərində saxlaya bilməmələri, üzləşdikləri çətinliklərdən dərhal sonra həyatlarındakı hər şeyi axarına buraxımalarıdır. Digər əsərlərində başa düşmək olar ki, qəhrəmanlar acınacaqlı vəziyyətdə yaşayırlar və hadisələr onlardan asılı olmayaraq yaşanır. Lakin "Qumarbaz" əsərinin baş qəhrəmanı olan Aleksey İvanoviç bu qəhrəmanlar kimi deyil, varlıqlı bir ailənin başçısı olan General üçün işləyir, onun uşaqları üçün müəllimlik edir. Lakin yenə də nə olur olsun Dostoyevski ənənəyə sadiq qalır, Aleksey İvanoviç sevdiyi Polina Aleksandrovnaya bir növ qovuşa bilmir. Bu vaxta qədər oxuduğum digər əsərindəki kimi Aleksey İvanoviç də zəif iradəli insan idi, elə buna görə də öz taleyinin iplərini əlində saxlaya bilmədi.
Kumarbaz
KumarbazFyodor Dostoyevski · Dokuz Yayınları · 201969,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
184 syf.
10/10 puan verdi
·
Beğendi
Varlığınız hemen hiç hissedilmiyor...
Müharibə mövzulu bir kitab daha. Clarissa sevgi, müharibə, ayrılıq üzərinə yazılmış bir kitabdır. Stefan Zweig'in tək tamamlayamadığı əsəridir. Əsərin müəyyən hissəsindən sonra asanlıqla anlaşılır ki, bundan sonrasını yazar özü yazmayıb. Nə qədər əsər onun qeydləri üzərinə yazılsa da anlaşılmaz sonluqla bitir. Clarissa kaşki belə bitməsəydi dediyimiz əsərlərdən biridir. Clarissa Avstriya zabiti olan atası Schummeister tərəfindən böyüdürlər. Təbiətinə xas olaraq sərt olan atası tərəfindən yetişdirilməyi xarakterində müəyyən fərqliliklər yaradar. Ailəsi tərəfindən lazımınca sevgi görməyən Clarissa sevgisini kimə və necə yansıdacağını bilməz. Dost mühütinin olmaması və içinə qapanıqlıq onu da narahat edər. İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkər. Lakin Leonardla tanış olmasından sonra həyatında köklü dəyişikliklər meydana gələr. Çətin bir seçim qarşısında qalan Clarissa təkcə özünün yox həm də ağır itkilərə məruz qalan atasını da fikirləşməli olur. Kaş sonu "yazılısnda bitsin" kimi yazılmasaydı, sanki nələrsə yarım qaldı. Ümumilikdə çox bəyəndiyim əsərlərdən oldu. Xarakter cəhətdən özümə bənzətdiyim obrazlardan biridir Clarissa.
Clarissa
ClarissaStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 201713,8bin okunma
80 syf.
10/10 puan verdi
·
Beğendi
Bak kargalar çığlık atıyor. Ne istiyorlar ki?
Kitabı oxumağa başlayarkən insan özünü real müharibənin içində hiss edir. Sanki ətrafdakı havanın istiliyini hiss edib, yerdə yatan cəsədləri, çuxurları, əsgərlərin üzündəki dəhşətləri görmək olur. Kitabı oxuyarkən insan özünü, dünyanı, insanlığı sorğulayır. Əsərdə Rus-Yapon müharibəsi təsvir olunur. Birinci hissəni müharibənin iştirakçısı olan və döyüşlərdən ayaqlarını itirərək qayıdan zabit, digər hissəsini isə zabitin qardaşı danışır. Kitabda mənə təsir edən məqam zabitin geri qayıdarkən öz kitablarını görüb, onları oxumağa belə qıya bilməməsi idi. "Savaştan önce yabancı edebiyatları inceleyen bir dergide çalışıyordum ve şimdi yanımda, bir kol boyu mesafede sarı, mavi, kahverengi kapakları olan bu sevimli, güzel kitaplardan bir yığın vardı. O kadar mutluydum ve keyfim öyle yerindeydi ki okumaya cesaret edemedim, sadece kitaplara bakıp onları ellerimle okşadım." Kızıl kahkaha'da yazıçı təkcə müharibəni təsvir etməklə kifayətlənməyərək onun dəhşətlərini də hiss etməyimizə səbəb olur. İnsanın içində boşluq buraxacaq silsiləsindən bir kitabdı.
Kızıl Kahkaha
Kızıl KahkahaLeonid Andreyev · Kızıl Panda Yayınları · 20195,4bin okunma