Uzun müddət idi ki, mənə bu qədər təsir edən, məni içərisinə çəkib qəhrəmanlarıyla, hadisələriylə bu qədər empatiya qurduğum kitab olmamışdı.
Məncə kitabın mövzusu nə üz qabığı nə də adı ilə uyğunlaşmır. Bu kitab tamamilə başqa bir aləmdir.
Kitab XX əsrin əvvəllərində 1 yox bir çox təbəqədən qadının həyatda öz yerini tapmaq hekayəsidir. Zənci qadın, dul qadın, ailəsinin ləkəsini daşıyan qadın, zərif olması gözlənilən qadın, döyülən qadın, kişi kimi qadın, fiziki qüsurlarından utanan qadın..
Feminizm temalı kitablarda qadınların güclü olması fikrimcə çox yanlış yollarla anlatılır, mən belə yazıları oxuyanda əlimə qadınlara qarşı olan münasibətlərdən diksinməkdən, gücsüzlüyümü hiss etməkdən başqa heç nə keçmir.
Amma bu kitab bir başqa idi.
Üstəlik kitabın ana teması nə eşq deyil nədə ki feminizm.. Kitabın mövzusu kitablardır. Nəinki qadınların , cəmiyətin böyük qisminin kitab oxumasına pis yanaşılan bir dövrdən söhbət gedir.
5 qadının onlardan nifrət edən insanlara oxumağı sevdirmək üçün çalışması. Hər bir qadın mənə öz əzmləri ilə o qədər ilham verdi ki..
Ola bilsin ki çox uzatdım. Hər kəsə belə təsir etməyə də bilər.
Kaşki hər kəs oxusa.